Naxçıvan Dövlət Universitetində “İqtisadi İdarəetmənin müasir xüsusiyyətləri” adlı kitabın təqtimatı keçirilib

Naxçıvan Dövlət Universitetində “İqtisadi İdarəetmənin müasir xüsusiyyətləri” adlı kitabın təqtimatı keçirilib

Ali təhsil ocağının Elmi Kitabxanasında İqtisadiyyat və İdarəetmə fakültəsinin “Dünya iqtisadiyyatı və menecment” kafedrasının pedaqoji heyətinin elmi tədqiqat işlərinin nəticələrin yer aldığı monoqrafiyanın təqdimatı keçirilib. Tədbirdə çıxış edən universitetin rektoru, Elbrus İsayev bildirib ki, elmi-tədqiqat işlərinin kafedralarda birgə nəşri bütün professor-müəllim heyətinin qarşısında bir tələb kimi irəli sürülüb. Rektor aparılan elmi işlərdə müqayisəli təhlillərin və təkliflərin aparılmasının məqsədəuyğun olduğunu qeyd edib. Birgə əməyin nəticəsində ərsəyə gələn monoqrafiyanı yüksək qiymətləndirən Elbrus İsayev nəşr münasibətilə kafedranın əməkdaşlarını təbrik edib.

          İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əşrəf Ələkbərov kitab haqda məlumat verib. Qeyd edilib ki, monoqrafiyanın müsbət tərəfləri ondan ibarətdir ki, hər bir əməkdaşın yerinə yetirmiş olduğu elmi-tədqiqat işi hər fəsildə 3 paraqraf olmaqla  ayrı-ayrı fəsillər şəklində təqdim olunub.

Dünya iqdisadiyyatı və menecment kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Cavadxan Qasımov bildirib ki, elmi-tədqiqat işinin nəticələri iqtisadiyyatın sahə strukturu üzrə müxtəlif sferaların idarə olunması, elmi əsasların müəyyən olunması, müasir bazar münasibətlərinə əsaslanan qanunlar əsasında, eyni zamanda, menecment dəyərlərinə xas olmaqla tamamlanıb. Vurğulanıb ki, kitab tarixçi və tətqiqatçılar, müəllim, tələbə və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

          Kitabın elmi məsləhətçisi Dünya iqtisadiyyatı və menecment kafedrasının professoru Teymur Abbasov və monoqrafiyada elmi-tədqiqat işləri nəşr olunan kafedranın baş müəllimi Mədinə Allahverdiyeva, kafedranın müəllimi Nəsrin Əliyeva çıxış ediblər.  

          Daha sonra İqtisadiyyat üzrə II kurs tələbəsi Əkbər Nuruyev tələbələrin nəzəri bilikləri üçün faydalı hesab olunan nəşr üçün minnətdarlıq edib.

Leave a Reply

Your email address will not be published.