Naxçıvan Dövlət Universitetində “İT-də Microsoftun Sertifkatlarının rolu” mövzusunda təlim keçilib

Naxçıvan Dövlət Universitetində “İT-də Microsoftun Sertifkatlarının rolu” mövzusunda təlim keçilib

Naxçıvan Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə ali təhsil ocağında “İT-də Microsoftun Sertifkatlarının rolu” mövzusunda təlim keçilib.  Təlim Microsoft şirkətinin rəsmi təlimçisi Böyük Biritanyanın Kibertehlükəsizlik İnstitunun Beynəlxalq “ICSI | CNSS Certified Network Security Specialist” sertifikatına sahib olan Pərvin Əsədov tərəfindən tədris edilib.

Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hüseyin İmanov və İnformasiya Texnologiyaları şöbəsinin müdiri Hüseyn Əsgərli çıxış edərək Microsoft şirkətinin rəsmi təlimçisi Pərvin Əsədovu universitetdə görməkdən məmnunluqlarını ifadə edib, görüşün məqsədi ilə bağlı iştirakçıları məlumatlandırıblar.

Təlimdə iştirakçılara “İT-ə necə başlmaq olar?”, “İT-də yol xəritəsi necə olmalıdır?”, “Microsoft sertifkatlarına necə hazırlaşmaq lazımdır?” və digər mövzularda  məlumat verilib.

Sonda təlimçi Pərvin Əsədova universitetin rektoru Elbrus İsayev adından təşəkkürnamə verilib, iştirakçılara sertifikatlar təqdim olunub.

Leave a Reply

Your email address will not be published.