Naxçıvan Dövlət Universitetində Kriminalistika sahəsi xarici ədəbiyyat nümunələri ilə zənginləşdirilir

Naxçıvan Dövlət Universitetində Kriminalistika sahəsi xarici ədəbiyyat nümunələri ilə zənginləşdirilir

Ali təhsil ocağının Beynəlxalq münasibətlər və hüquq fakültəsində “Kriminalistika sahəsində xarici ədəbiyyat nümunələri”nin təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan fakültənin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent  Yusif  Hüseynov tələbələrin intellektual düşüncələrinin artırılması baxımından bu kimi tədbirlərin mahiyyətini yüksək qiymətləndirib. Qeyd edilib ki, fakültədə yeni yaradılan “Kriminalistika” laboratoriyası gələcəkdə peşəkar ixtisaslı kadrlar yetişdirməyə şərait yaradacaq.

“Hüquq fənləri” kafedrasının baş müəllimi Elman Abbasov Kriminalistika sahəsində xarici ədəbiyyat nümunələrini ətraflı şərh etmək yolu ilə  tələbələrə tanıdıb. Vurğulanıb ki, kriminalistika Cinayət Qanununun intizamı bir sıra prosedurlar, texnika və elmi biliklər vasitəsilə bir cinayəti nümayiş etdirmək və izah etmək, cinayətkarları və onların iştirakını təyin etmək deməkdir. Kriminologiya yolu ilə baş verən hadisələr yenidən qurulur və bir və ya daha çox adamın törətdiyi cinayətdə baş verənlər elmi olaraq nümayiş etdirilir. Qeyd edilib ki yeni yaradılan kriminalistika laboratoriyasında tələbələrə barmaq və ayaq izlərinin götürülməsi əyani şəkildə göstərilir, öyrədilir.

“Hüquq fənləri” kafedrasının müəllimi Emin Əliyev tələbələrin xarici ədəbiyyat nümunələrinə münasibəti və bu ədəbiyyatlardan necə istifadə etmələri haqda məlumat verib. 50-yə yaxın xarici ədəbiyyat nümunələrindən məqsədyönlü istifadə qaydaları tələbələrə aydın izah edilib.

Sonda tələbə və müəllimlərin təklifləri dəyərləndirilib, sualları cavablandırılıb.