
Naxçıvan Dövlət Universitetində ‘Logos’ nəşriyyatının kitab sərgi-satışı keçirilib
Ali təhsil müəssisəsinin Xarici dillər fakültəsində ölkədə Azərbaycan dilində tərcüməsi ilə birlikdə verilən ingilis, rus və alman dillərində hekayə kitablarının nəşri ilə tanınan “Logos” nəşriyyatının kitab sərgisi təşkil edilib.
Sərgidə Naxçıvan Dövlət Universitetin rektoru Elbrus İsayev qeyd edib ki, xarici dil öyrənən tələbələr səmərəli şəkildə sərgidə nümayiş olunan kitablardan istifadə edə bilərlər. Rektor sərginin təşkilinə görə universitetin Tələbə Gənclər Təşkilatına və Logos nəşriyyata təşəkkürünü bildirib.
Logos nəşriyyatın nümayəndəsi Nərmin Qasımlı yaradılan şəraitə görə universitet rəhbərliyinə minnətdarlıq ifadə edərək nəşriyyat haqqında məlumat verib. Diqqətə çatdırılıb ki, Logos nəşriyyat ölkəmizlə yanaşı xarici ölkələrdə də fəaliyyət göstərməkdədir.
Sonra sərgiyə baxış olub. Məlumat üçün onu da bildirək ki, 2 gün davam edən sərgi-satışda 42 adda, 1000-ə yaxın kitab nümayiş olunub.