Naxçıvan Dövlət Universitetində “Məktəbəqədər hazırlıq qruplarında məktəb təliminə hazırlığın təşkili” mövzusunda elmi-nəzəri seminar keçirilib

Naxçıvan Dövlət Universitetində “Məktəbəqədər hazırlıq qruplarında məktəb təliminə hazırlığın təşkili” mövzusunda elmi-nəzəri seminar keçirilib

Ali təhsil ocağının Pedaqoji fakültəsində keçirilən tədbiri giriş sözü ilə açan Elm və İnnovasiyalar bölməsinin müdiri, təhsilin idarə olunması, təftişi və planlanması və iqtisadiyyatı üzrə fəlsəfə doktoru Rza Məmmədov bildirib ki, uşaqların məktəbə hazırlıq prosesi ümumpedaqoji problemdir. Vurğulanıb ki,  məktəbə hazırlığın əsas məqsədi beş yaşlı uşaqların tələb və imkanlarını nəzərə almaqla onların inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etməkdir. Eyni zamanda uşaqlarda məktəbə müsbət emosional münasibətin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılması onlarda oxumaq həvəsinin yaranmasına təsir göstərir

Sonra “Pedaqogika və psixologiya” kafedrasımın baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Solmaz Cabbarova mövzu barədə ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təhsilin ilkin pilləsi olan məktəbəqədər təhsil uşağın ümumi tərbiyəsi işinin təşkili, ümum-psixoloji və  kollektiv fəaliyyətə  hazırlığı, iradi keyfiyyətlərə yiyələnməsi, onun dünyagörüşünün artırılması baxımından xüsusi əhəmiyyətə malikdir.

Sonda müəllim və tələbələri maraqlandıran suallar cavablandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.