Naxçıvan Dövlət Universitetində magistraturaya imtahan verəcək tələbələr üçün onlayn qaydada sınaq imtahanı təşkil edilib

Naxçıvan Dövlət Universitetində magistraturaya imtahan verəcək tələbələr üçün onlayn qaydada sınaq imtahanı təşkil edilib

Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə magistraturaya hazırlaşan tələbələr üçün onlayn sınaq imtahanı keçirilib. Ali təhsil ocağının sonuncu kurs tələbələri qatılmaqla imtahan ödənişsiz olaraq həyata keçirilib. Qeyd edək ki, sınaq imtahanına qeydiyyat sosial şəbəkə üzərindən aparılıb. Universitetin bütün fakültələrini əhatə etməklə 100-ə yaxın tələbənin iştirak etdiyi imtahanda suallar  magistratura üzrə xüsusi kurs keçən müəllimlər tərəfindən hazırlanıb.

Məlumat üçün onu da bildirək ki, imtahanın keçirilməsində əsas məqsəd magistraturaya hazırlaşan tələbələrin növbəti həftə keçiriləcək imtahanlarında uğur qazanmalarına köməklik etməkdir.