Naxçıvan Dövlət Universitetində Muğam axşamı keçirilib

Naxçıvan Dövlət Universitetində Muğam axşamı keçirilib

Naxçıvan Dövlət Universitetinin Konservatoriyası və Musiqi Kollecinin birgə təşkilatçılığı ilə “Rast Muğam” dəstgahı adlı muğam konserti keçirilib.

Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Etiqad Seyidov muğam haqqında məlumat verərək qeyd edib ki, tədbirin əsas məqsədi milli sərvətimiz olan muğamlarımızı nümayiş etdirmək və yaşatmaqdır.

Konsertin bədii rəhbəri Naxçıvan MR Əməkdar artisti, Xalq çalğı alətləri kafedrasının baş müəllimi Aqib Seyidov, muğam dəstgahını müşayiət edən ansamblın üzvləri Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Etiqad Seyidov, Naxçıvan MR Əməkdar artisti, Xalq çalğı alətləri kafedrasının baş müəllimi Aqib Seyidov, Xalq çalğı alətləri ixtisasının tələbələri, xanəndələr isə Naxçıvan Muxtar Respublikasının əməkdar artisti, müəllim Ruhiyyə Hüseynova, Musiqi Kollecinin xanəndələri və Vokal sənəti ixtisası üzrə tələbələri olublar.

Konsert tədbir iştirakçıları tərəfindən maraqla dinlənilib.

Universitetin rektoru Elbrus İsayev bu kimi tədbirlərin “İncəsənət” fakültəsinin inkişaf yolunun bir nümunəsi kimi qiymətləndirib.

 Qeyd edilib ki, muğama  göstərilən dövlət qayğısı gənclərin  bu  sahəyə  maraq  göstərməsinə,  sonradan isə kütləvi  olaraq  muğam  ifaçılığı ilə məşğul olmasına səbəb  olub.  Bildirilib ki,  Azərbaycanda  muğam  sənəti  daha  ciddi  qayğı ilə əhatələnib, muğam  ifaçıları,  ustad  xanəndələr dövlətdən  ciddi  dəstək alır. Universitetdə də muğam ifaçılığı sarıdan qazanılan təcrübəni yüksək qiymətləndirən  rektor konsertdə əməyi keçən hər kəsə öz təşəkkürünü bildirib, tələbə və müəllimləri təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Leave a Reply

Your email address will not be published.