Naxçıvan Dövlət Universitetində “Nanodünya-nanotexnologiyanın faydalı və zərərli effektləri” mövzusunda elmi-nəzəri seminar keçirilib
Naxçıvan Dövlət Universiteti “Təbiətşünaslıq və kənd təsərrüfatı” fakültəsində “Kimya” kafedrasının müəllimi Sevinc Kərimovanın “Nanodünya-nanotexnologiyanın faydalı və zərərli effektləri” mövzusunda elmi-nəzəri seminarı təşkil olunub.
Fakültənin dekanı Bəhruz Məmmədov müasir dövr üçün çox aktual olan sahənin tədqiq edilməsini təqdirəlayiq hal kimi dəyərləndirib.
“Kimya” kafedrasının müəllimi Sevinc Kərimova qeyd edib ki, nanometr ölçüsündə fiziki, kimyəvi və bioloji hadisələrin öyrənilməsi, idarə edilməsi ilə bu ölçülərdə funksional materialların, mexanizmlərin və sistemlərin inkişafı və istehsalıdır. Bildirilib ki, qədim dövrdən insanlar nanotexnologiyayla məşğul olub. Tədqiqata əsasən vurğulanıb ki, nanotexnologiyanın inkişafı rəngi şüşələr qədim nanaotexnologiyanın məhsuludur. Müasir və qədim dövr texnologiyalarının oxşar və fərqli cəhətlər izah edildikdən sonra ilk nanohissəciklərin yaradılması, təbiət hadisələri zamanı yaranan nanohissəciklər barədə ətraflı məlumat verilib. Slayd vasitəsilə təqdimat edən Sevinc Kərimova nanotexnologiyanın təsirləri, faydalı və zərərli tərəflərini izah edib, tibbdə, enerji alınmasında istifadə edilməsindən danışıb.
Müzakirə şəklində davam edən elmi-nəzəri seminarda müəllim və tələbələrin sualları cavablandırılıb.