Naxçıvan Dövlət Universitetində “Naxçıvan beynəlxalq ticarət və logistika mərkəzi kimi” adlı respublika elmi konfransı keçirilib

Konfransda çıxış edən ali təhsil ocağının rektoru Elbrus İsayev tədbirin əhəmiyyətini diqqətə çəkib. Qeyd olunub ki, konfrans universitetdə yeni açılan və gələcək prespektivləri yüksək olan “Beynəlxalq ticarət və logistika” ixtisası tələbələrinin iştirakı ilə baş tutur. Rektor bildirib ki, bu ixtisasın əsas məqsədi qloballaşan dünyada olan beynəlxalq bazarları, ticarəti və xüsusilə də beynəlxalq yükdaşımanı öyrənmək və öyrəndiklərini biznesin müxtəlif sahələrində praktiki olaraq tədbiq etmək bacarığı olan kadrlar yetişdirməkdən ibarətdir. Diqqətə çatdırılıb ki, logistik ticarətlə bağlı son illər ərzində dünyanın bir çox inkişaf etmiş ölkələri ilə yanaşı Azərbaycanda da müxtəlif sənədlər imzanlanaraq bu istiqamətdə əhəmiyyətli addımlar atılıb. Bu sahədə ali təhsil müəssislərində də müxtəlif konsfranslar keçirilir. Rektor qitələrarası inteqrasiyanın təmin edilməsində İpək yolunun əhəmiyyətini diqqətə çəkərək beynəlxalq İpək Yolunun üzərində yerləşən türkdilli dövlətlərin təşəbbüsü ilə reallaşan enerji, nəqliyyat və infrastruktur layihələrinin önəmindən bəhs edib. Elbrus İsayev bu gün parlaq qələbəmiz sayəsində Naxçıvanla Azərbaycanın quru yolunun birləşməsi əsas məsələlərdən olduğunu vurğulayıb. Qeyd olunub ki, Naxçıvan tarixən də nəqliyyat kommunikasiyalarının mərkəzində yerləşən coğrafi ərazi oluduğuna görə tarixi İpək Yolu üzərində mühüm rol oynayıb.

İqtisad elmləri doktoru, professor Teymur Abbasov “Naxçıvanın nəqliyyat logistika mərkəzinə çevrilməsi işğaldan azad edilmiş ərazilərdə sahibkarlığın inkişafında əsas amildir” mözusunda çıxışı zamanı diqqətə çatdırıb ki, Şuşa bəyannaməsində qeyd olunan müddəalara əsasən Naxçıvanın yaxın gələcəkdə beynəlxalq ticarət və logistikanın mərkəzinə çevriləcəyi şübhəsizdir. Bildirilib ki, Azərbaycan və Türkiyəni Naxçıvan vasitəsi ilə birləşdirən Zəngəzur dəhlizinin açılması əlaqələrin intensivləşməsinə mühüm töhfə verəcək. Şuşa Bəyannaməsində bununla bağlı xüsusi bir bəndin olması məsələnin mahiyyətini nümayiş etdirir. Belə ki, Zəngəzur dəhlizi ilə bütün Türk dünyası birləşəcək və bu amil bölgədə yeni reallığın yarandığını təsdiqləyir.

Tədbirə onlayn qoşulan Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisad elmləri doktoru, professor Mübariz Bağırov “Naxçıvanın logistika mərkəzi kimi inkişaf perspektivləri” mövzusunda çıxış edib. Naxçıvanda regional əhəmiyyətli

logistika və ticarət qovşağının yaradılması və onun aparıcı mövqeyinin bu ərazidə təmin edilməsindən bəhs edilib. Qeyd olunub ki, Naxçıvanın logistik mərkəzə çevrilməsi muxtar respublikanının hüquqi və fiziki şəxslərinin əmtəə istehsalı və emal sənayesi ilə məşğul olanların yeni bazarlara çıxışını təmin edərək diversifikasiyanın inkişafına gətirib çıxaracaq. Bunun da nəticəsində ticarət dövriyyəsi artacaq eyni zamanda logistikanın əsas elementi olan daşımaların həcmi çoxalacaq. Mübariz Bağırov bildirib ki, diversifikasiyanın və ticarətin müasir səviyyədə inkişaf etdirilməsi innovativ amillərə söykənməlidir. Vurğulanıb ki, bütün bunların fonunda nəticə etibarilə Naxçıvana xarici investisiya axımı sürətlənəcək.

Onlayn olaraq tədbirdə çıxış edən Ərzurum Atatürk Universitetinin professoru Kərəm Qarabulut “Qars-İğdır-Naxçıvan-Bakı dəmir yolu inkişafında Naxçıvanın körpü rolu” mözvusunda danışaraq qeyd edib ki, bu kommunikasiya xüsusilə, iki ölkənin kiçik və orta biznesinin inkişafında mühüm rol oynayacaq. Ermənistanın kapitulyasiyasını rəsmiləşdirən sənəd isə iki qardaş ölkənin əlaqələri və bölgənin inkişafı baxımından muxtar respublikanın tarixində yeni bir səhifə açır. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yolla birləşdirilməsi istiqamətində atılan bu tarixi addım eyni zamanda bölgənin gələcək iqtisadi inkişafı baxımından önəmlidir.

Tədbirə onlayn qatılan Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisad elmləri doktoru, professor Rəsul Balayev “Beynəlxalq logistika şəbəkəsində rəqəmsal texnologiyalardan istifadə perspektivləri” mövzusunda çıxışında bildirib ki, investisiya siyasəti inkişafın sturukturunu təyin edən əsas amildir. Bu istiqamətlərdə görülən işlərdə rəqəmsal texnologiyalardan istifadə etmək zəruridir. Məlumat verilib ki, hazırda Azərbaycanda qurulan rəqəmsal platformaların əksəriyyəti logistik sistemlər üzərində qurulur. Ümumiyyətlə rəqəmsal mühitin formalaşdırılması logistik şəbəkədə malların çatdırılması üzrə imzalanmış xarici və yerli müqavilələr üzrə tərəflərin müvafiq göstəricilərinin, xərclərin və risklərin müəyyənləşdirilməsi ilə əlaqədardır.

Konfrans “Beynəlxalq mühasibat uçotu standartları”, “Beynəlxalq iqtisadiyyata inteqrasiya və davamlı iqtisadi inkişaf”, “Beynəlxalq ticarət və beynəlxalq turizm və logistika mərkəzi” adlı 3 bölmədə davam edib.