
Naxçıvan Dövlət Universitetində “Pedaqoji fikirimizdə professor Əjdər Ağayev fenomeni” mövzusunda elmi-nəzəri seminar keçirilib.
Pedaqoji fakültədə “Pedaqogika və psixologiya” kafedrasının təşkilatçılığı ilə “Pedaqoji fikirimizdə professor Əjdər Ağayev fenomeni” mövzusunda elmi-nəzəri seminar keçirilib.
Universitetin Elmi katibi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Orxan Cəfərov keçirilən elmi-nəzəri seminarların əhəmiyyətindən danışıb.
Kafedranın dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Vahid Rzayev mövzu ətrafında geniş məruzə edib. Məruzəçi Professor Əjdər Ağayevin həyat və elmi-pedaqoji fəaliyyəti haqqında seminar iştirakçılarına geniş məlumat verib.
Daha sonra fakültənin dekanı, dosent Vəli Əliyev və kafedra müdiri dosent Taleh Xəlilov çıxış edərək, məruzəçiyə və seminar iştirakçılarına təşəkkürlərini bildiriblər.
Seminarın sonunda müəllim və tələbələri maraqlandıran suallar cavablandırılıb.