Naxçıvan Dövlət Universitetində professor Zöhrab Vəliyevin əziz ruhu 70 illik yubileyində yad edilib

Naxçıvan Dövlət Universitetində professor Zöhrab Vəliyevin əziz ruhu 70 illik yubileyində yad edilib

Ali təhsil ocağında “50 illik ömrün fizika elminə verdiyi töhfə” adlı tədbirdə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Zöhrab Vəliyevin əziz xatirəsi u bir dəqiqəlik sükutla yad edilib. Universitetin rektoru Elbrus İsayev qeyd edib ki, Zöhrab Vəliyevin elmi-tədqiqatlarının mühüm hissəsi Naxçıvan Dövlət Universiteti ilə bağlı olub. Fizika elminin inkişafında xüsusi xidmətləri olan Zöhrab müəllimin əməyi hər zaman dövlətimiz tərəfindən qiymətləndirilib. Belə ki, bu gün keçirilən tədbir  Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı və dəstəyi ilə həyata keçirilir. Rektor Zöhrab müəllimin elmi-pedaqoji fəaliyyəti barədə danışıb. Öz sadəliyi, səmimiliyi ilə seçilən Zöhrab Vəliyevin həqiqi bir alim, dəyərli bir insan olduğu vurğulanıb. Elbrus İsayev bildirib ki, alimin yetirmələri bu gün Naxçıvan Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətlə məşğuldurlar. Diqqətə çatdırılıb ki, ali təhsil ocağının Fizika-riyaziyyat fakültəsində onun adını daşıyan laboratoriya fəaliyyət göstərir. Alimin qısa ömründə Azərbaycan elminə verdiyi töhvələri diqqətə çatdıran rektor Zöhrab müəllimin yüksək elmi göstəriciləri ilə bərabər insani keyfiyyətlərə məxsus olduğunu diqqətə çatdırıb. Biz fəxr edirik ki, belə gözəl alimdən və dəyərli insandan dərs almışıq, onun həyat və fəaliyyəti bizə nümunə olub. Alimin nə qədər insani keyfiyyətlərə sahibdirsə, o hər zaman qəlblərdə və yaddaşlarda yaşayır-deyən Elbrus İsayev Zöhrab müəllimin hər zaman qəlblərdə yaşayacağına əminliyini ifadə edib.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının hazırladığı videoçarx nümayiş olunub.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimov Zöhrab Vəliyevin elmi fəaliyyətindən söhbət açaraq alimin elmi jurnalllarda çap olunan məqalələrindən danışıb. Zöhrab müəllimin yazdığı məqalələrin xüsusilə müasir dövrlə səsləşdiyini vurğulayan akademik diqqətə çatdırıb ki, Zöhrab Vəliyev nəzəriyyə ilə təcrübəni vəhdətdə aparan alim idi. 

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev alimin yüksək elmi potensiala malik olduğunu çəkdiyi nümunələrlə əsaslandırıb. Akademik öz işinə olan sonsuz məsuliyyətini qeyd edərək Zöhrab  müəllimin həmçinin ideal ailə başçısı, səmimi və mehriban bir insan olduğunu bildirib.

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova çıxış edərək o dövrdə Zöhrab Vəliyevin Moskva Dövlət Universitetində təhsil alması, Fizika İnstitutunda işləməyə başlamasını yüksək qiymətləndirib, alimin gənc yaşlarında qazandığı uğurları xüsusilə qeyd edib. Akademik vurğulayıb ki, böyük alimlər zamanı, elmi qabaqlayırlar, Zöhrab müəllim də məhz zamanı qabaqlayan ziyalılarımızdan olub. 

Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov, Naxçıvan Universitetinin rektoru Anar Kazımov Zöhrab müəllimin tələbələri olaraq çıxış ediblər.  Onlar Zöhrab Vəliyevlə bağlı xoş xatirələrini bölüşüblər. Çıxışlarda “Biz  Zöhrab müəllimdən elm, təhsil öyrənməklə bərabər əsl insanlıq öyrənmişik”- deyə fikirlər səsləndirilib. Çıxış edənlər bildiriblər ədalətli müəllim obrazının təcəssümü kimi qiymətləndirilən Zöhrab müəllimin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq.

Ümumi və nəzəri fizika kafedrasının dosenti, Zöhrab Vəliyevin dissertantı olmuş Nailə Qardaşbəyova Zöhrab Vəliyev haqda məlumat verib. Qeyd edilib ki,  

Vəliyev Zöhrab Əhməd oğlu 1953-cü il iyunun 4-də Naxçıvan şəhərində anadan ol­muşdur. M.V.Lomonosov adına Moskva Döv­lət Uni­versitetini fizika ixtisası üzrə bitir­mişdir. 2003-cü ildə AMEA-nın müxbir üzvü seçil­mişdir. Z.Vəliyev Naxcıvan Dövlət Universi­te­tin­də dekan, elmi işlər üzrə prorektor vəzifə­lərində calışmışdır.

Zöhrab müəllimin əsas elmi tədqiqatları xarici elektrik, klassik və kvantlayıcı maq­nit sahələ­rin­də qıraq yüklü dislokasiyalı yarımkeçiricilərin elektrik, fotoelek­trik və optik xassələrinin ardıcıl nəzəriy­yəsinin qurulması; elektron və deşik ke­çiriciliyinə malik yarımkeçirici kris­tallarda hərəkət edən yüklü dislokasiya­ların mode­linin verilməsi və onun əsa­sında deformasiya lüminesensiya hadi­səsinin, elek­tronların dinamik həyəcan­laşma effektinin, dislokasiya xarakterli sövq cərəyanlarının araşdırılmasıdır.

Alim 24-ü xaricdə olmaqla 93 elmi əsərin müəllifidir. Onun rəhbər­liyi altında 1 fəlsəfə doktoru dissertasiya müdafiə edilmişdir. Web of Science, Scopus və s. beynəlxalq bazalarda indeksləşənjurnallarda dərc olunan 17 əsəri olmuşdur. AMEA-nın müxbir üzvü Zöhrab Vəliyev 2003-cü ildə vəfat etmişdir.           Sonda alimin ailə üzvlərindən qardaşı çıxış edərək Zöhrab müəllimin yubileyinin keçirilməsində dəstəyi olan hər kəsə minnətdarlıq ifadə edib.

Leave a Reply

Your email address will not be published.