Naxçıvan Dövlət Universitetində qələbə sevinci böyük coşğu ilə qeyd edilir

Naxçıvan Dövlət Universitetində qələbə sevinci böyük coşğu ilə qeyd edilir

Azərbaycanın hər yerində yaşanan qələbə sevinci Naxçıvan Dövlət Universitetində də böytük təntənə ilə qeyd edilib. Universitetin Tibb fakültəsinin önündə böyük bayram sevinci yaşanıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tələbələr şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq onların xatirəsini yad ediblər, Uca Tanrıdan onlara rəhmət yaralı hərbçilərimizə isə şəfa diləyiblər.

Ali təhsil ocağının rektoru Elbrus İsayev müəllim və tələbələri bayram münasibətilə təbrik edib. Qeyd edilib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqımıza ərməğan etdiyi Şanlı Qələbə xəbəri muxtar respublika sakinləri tərəfindən də böyük coşqu ilə qarşılanıb. Vətən müharibəsində erməni işğalçıları üzərində Şanlı Qələbəmiz münasibətilə Ali Baş Komandanın xalqımıza verdiyi zəfər xəbərindən sonra hər kəs bu əlamətdar tarixi hadisəni böyük sevinclə qeyd ediblər.

Bayram şənliyində əllərində üçrəngli Azərbaycan bayrağı tutan tələbələr universitet ərazisi boyunca “Qarabağ Azərbaycandır”şüarı səsləndiriblər. Tədbirdə iştirak edən tələbələr Şanlı Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağ müharibəsində qazandığı tarixi qələbədən qürur hissi keçirdiklərini bildiriblər.

Universitetin rektoru başda olmaqla bütün tədris heyəti, müəllimlər tələbələrlə birgə zəfər günümüzü böyük coşğu və təntənə ilə qeyd ediblər. Tələbələr vətənpərvərliyə dair şeirləri bədii qiraət edib, mahnılar oxuyublar.