Naxçıvan Dövlət Universitetində “Qərbi Azərbaycana qayıdışa gedən yol” konqresi çərçivəsində kitab təqdimatı keçirilib

Naxçıvan Dövlət Universitetində “Qərbi Azərbaycana qayıdışa gedən yol” konqresi çərçivəsində kitab təqdimatı keçirilib

NDU-Elmi Kitabxanasında “Qərbi Azərbaycana qayıdışa gedən yol” konqresi çərçivəsində Naxçıvan Müəllimlər İnstitutunun professoru Yusif Səfərovun “Aşıq yaradıcılığında Qərbi Azərbaycan” kitabının təqdimatı keçirilib.

Universitetin Elmi katibi Orxan Cəfərov Qərbi Azərbaycanla bağlı yazılan kitabların mahiyyəti haqqında tədbir iştirakçılarına məlumat verib

NDU Elmi Kitabxanasının direktoru Xumar Məmmədova təqdimatı keçirilən monoqrafiyada Qərbi Azərbaycan ərazisində ən qədim dövrlərdən başlayaraq türk etnik-mədəni prosesləri izlənildiyini iştirakçıların diqqətinə çatdırıb. Bildirilib ki, kitabda Qərbi Azərbaycan və Şərqi Anadoluda qədim oğuz-türk soylarının ibtidai-icma dövründən məskunlaşdığı da öz əksini tapıb.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Arifə Zeynalova bildirib ki, monoqrafiyanın əsasını təşkil edən I və II fəsillərdə Qərbi Azərbaycanın qədim, orta və XIX-XX əsrlərdəki zəngin ozan-aşıq sənətinin qəhrəmanlıq, məhəbbət dastanları, aşıq ravayətləri və yaradıcılığı tədqiq edilib.

Sonda Kitabın müəllifi filologiya elmləri doktoru, professor Yusifov Səfərov bucür festival-konqresdə kitabının təqdimat mərasiminin keçirilməsinə və göstərilən diqqətə görə minnətdarlığını ifadə edib.