Naxçıvan Dövlət Universitetində “Qida təhlükəsizliyi: reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

Naxçıvan Dövlət Universitetində “Qida təhlükəsizliyi: reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

Konfransda çıxış edən universitetin Elm və innovasiyalar üzrə prorektoru Elsəvər Əsədov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkənin ərzaq təhlükəsizliyi məsələsini daim diqqət mərkəzində saxlayıb, dövlətçilik strategiyasının əsas elementləri sırasına daxil edib. Bunun davamı olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düzgün strategiyası nəticəsində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm işlər görülüb, bu sahədə qəbul edilən dövlət proqramları uğurla icra olunur.

          Prorektor çıxışında qida sənayesi və qida təhlükəsizliyinin dünyada mövcud vəziyyətinə və aktual məsələlərinə diqqət çəkib, bölmələrdə aparılacaq müzakirələrin məhsuldar olacağına, qeyd olunan sahələrə töhfə verəcəyinə əminlik ifadə edib və konfransın işinə uğurlar arzulayıb.

          Konfransda Naxçıvan Dövlət Universitetinin dosenti, biologiya üzrə elmlər doktoru Etibar Məmmədovun “Ərzaq təhlükəsizliyi: problemin həllinə müasir baxış”, Ərzurum Atatürk Uiversitetinin professoru Mustava Atasevərin “Sağlığımızı təhdid edən ünsürlər”, Kayseri Ərciyəs Universitetinin professoru Yeliz Yıldırımın “İqlim dəyişikliyi: Əkinçilik, maldarlıq və qida istehsalına təsiri” mövzularında çıxışları dinlənilib.

Qeyd edək ki, konfrans 2 bölmədə öz işini davam etdirib.

Leave a Reply

Your email address will not be published.