Naxçıvan Dövlət Universitetində Qriqori Petrovun “Ağ zanbaqlar ölkəsi” adlı kitabın müzakirəsi keçirilib

Naxçıvan Dövlət Universitetində Qriqori Petrovun “Ağ zanbaqlar ölkəsi” adlı kitabın müzakirəsi keçirilib

Naxçıvan Dövlət Universiteti və Naxçıvan Muxtar  Resbublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində kitab müzakirəsi keçirilib. Ali təhsil ocağının Elmi kitabxanasında təşkil edilən tədbir Ulu Öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində təsdiq olunmuş Tədbirlər Planına əsasən keçirilib. Tədbirdə Naxçıvan Dövlət Universitetində təhsil alan tələbələrlə birgə Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Tibb Kolleci, Naxçıvan Musiqi Kollecinin tələbələrinin də iştirakı ilə görkəmli rus ilahiyyatçısı və ictimai xadimi Qriqori Spiridonoviç Petrova məxsus “Ağ zanbaqlar ölkəsi” adlı kitab müzakirə edilib. Müzakirəni kitabxananın direktoru Fariz Əhmədov  açıq elan edərək tələbələrin mütaliə bacarıqları və kitabxana ilə sıx əməkdaşlıq etmələrindən bəhs edib. Qeyd edilib ki, bu cur tədbirlər tələbələrin dünyagörüşünün daha da artmasına, asudə vaxtlarının səmərəli təşkilinə və ən əsası mütaliə bacarıqlarının qiymətləndirilməsinə xidmət edir.  Müzakirələrdə bildirilib ki, “Ağ zanbaqlar ölkəsi” kitabı görkəmli rus ilahiyyatçısı və ictimai xadimi Qriqori Spiridonoviç Petrovun (1866-1925) ən tanınmış publisist əsəridir. Rusiyada baş verən qanlı Oktyabr inqilabından sonra mühacirətə gedən Q.Petrov bu kitabı Serbiyada çap etdirib. Kitab çap olunan kimi Avropanın slavyan xalqları arasında böyük şöhrət qazanıb, təkrar-təkrar nəşr edilərək yayılıb. Kitabda Finlandiyanın Ru­siyaya birləşdirilməsindən sonra keçdiyi inkişaf yolu təsvir edilir. Əlbəttə, burada təsvir olunan hadisələr bütünlüklə reallığı əks etdirmir, Q.Petrov Finlandiyanın timsalında geri qalmış bir ölkənin tərəqqi yoluna çıxması və çiçəklənən bir ölkəyə çevrilməsinin özünəməxsus modelini yaradaraq ortaya qoyur. Lakin Q.Petrovun bu əsərində, yarıreal-yarıutopik təsvirlərlə oxucuya təqdim olunan Fin­landiya, doğrudan da, bu əsərin yazılmasına qədər və yazılmasından sonra keçdiyi inkişaf yoluyla dünyanın ən qabaqcıl və zəngin bir ölkəsinə çevrilməsiylə heyrət doğurur.

Tədbirdə Naxçıvan Gənclər və İdman Nazirliyinin əməkdaşı Azadə Əliyeva çıxışı zamanı mütaliənin gənclər üçün önəmindən bəhs edib, bu kimi tədbirlərin davamlı olmasını arzulayıb.

Leave a Reply

Your email address will not be published.