Naxçıvan Dövlət Universitetində “Rəqamsal dünyada  PR və media: İnnovasiyalar və strategiyalar” mövzusunda vebinar keçirilib

Naxçıvan Dövlət Universitetində “Rəqamsal dünyada  PR və media: İnnovasiyalar və strategiyalar” mövzusunda vebinar keçirilib

Tədbiri giriş sözü ilə açan universitetin Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Şirəliyeva universitet tərəfindən keçirilən vebinarların tələbələr üçün əhəmiyyətini vurğulayıb.

Vebinara onlayn qatılan Türkiyənin Atılım Universitetinin İctimaiyyətlə əlaqələr deparmentinin rəhbəri İlqar Seyidov PR-in (Public Relations) tərifini təşkilatlar və onların ictimaiyyəti arasında qarşılıqlı faydalı əlaqələr quran strateji kommunikasiya prosesi kimi izah edib.  Bildirilib ki,  rəqəmsal PR metodu markaların yeni bir məhsul satacaqları zaman təsirli bir tanıtım işi aparmaq üçün ideal bir sistemdir.  İlqar Seyidov PR-in əsas məqsədinin  cəmmiyyətdə qurum haqqında müsbət qərar oyatmaq və fəaliyyəti təşkilatın xeyrinə çevirməkdən ibarət olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki,  rəqəmsal PR internetdə yayımlandığı üçün istənilən vaxt  milyonlarla insana çatmaq imkanı yaradır. PR-ın reklam və marketinq ilə oxşarlıq təşkil etdiyini lakin, eyni olmadığını, PR-in reklamdan fərqli olaraq daha uzunmüddətli olduğunu vurğulayıb.  Təlimçi “Sponsorluq, sosial məsuliyyət, kriz və risklərin idarəedilməsi, təşkilat daxili ictimaiyyətlə əlaqələr, korporativ reklam, marketinq yönümlü ictimaiyyətlə əlaqələr, lobbiçilik PR-in tətbiq sahəsinə daxildir” deyə çıxışında bildirib.

Tədbirin sonunda müəllim və tələbələri maraqlandıran suallar cavablandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.