
Naxçıvan Dövlət Universitetində təhsil alan əcnəbi tələbələr arasında inşa müsabiqəsi təşkil olunub
Ali təhsil müəssisəsində baş tutan tədbirdə universitetin ümumi işlər üzrə prorektoru Xəyal Camalov diqqətə çatdırıb ki, xarici tələbələrin Azərbaycan dilini, mədəniyyətini, tarixini yaxşı mənimsəmələri üçün mütəmadi olaraq müsabiqələr, intellektual oyunlar keçirilir, müxtəlif tarixi abidələrə, muzeylərə ekskursiyalar təşkil olunur. Bildirilib ki, təşkil olunan inşa müsabiqəsi də məhz əcnəbi tələbələrin Azərbaycan dilində yazı bacarığını daha da təkmilləşdirmək məqsədi daşıyır.
Xəyal Camalov müsabiqədə iştirak edən tələbələrə uğurlar arzulayıb.
Universitetin xarici tələbələrlə iş üzrə dekanı Ceyran Quliyeva çıxışı zamanı müsabiqə haqqında iştirakçıları məlumatlandırıb. Diqqətə çatdırılıb ki, 326 nəfər hazırlıq kursu tələbəsinin qatıldığı müsabiqədə Azərbaycan dilinin qrammatikası, leksikası, inşanın məzmunu nəzərə alınmaqla qaliblər müəyyənləşdiriləcək.
Sonra müsabiqəyə start verilib.