Naxçıvan Dövlət Universitetində təhsil alan əcnəbi tələbələr üçün “Könüllü tibbi siğortanın təqdimatı” adlı tədbir keçirilib

Naxçıvan Dövlət Universitetində təhsil alan əcnəbi tələbələr üçün “Könüllü tibbi siğortanın təqdimatı” adlı tədbir keçirilib

Naxçıvan Muxtar Respublikasının Dövlət siğorta xidmətinin əməkdaşları ali təhsil ocağında təhsil alan əcnəbi tələbələrlə görüş keçirib. Ali təhsil müəssisəsinin Beynəlxalq münasibətlər və hüquq fakültəsində keçirilən tədbiri giriş sözü ilə açan universitetin Beynəlxalq əlaqələr bölməsinin müdiri İlahə Hüseynova universitetdə təhsil alan əcnəbi tələbələrə yaradılan şərait və göstərilən qayğıdan danışıb.

Dövlət sığorta xidmətinin baş mütəxəssisi Şəfa Əhmədli çıxışında sığorta növləri, sığorta müqaviləsi və məbləği barədə tədbir iştirakçılarını məlumatlandırıb. Bildirilib ki,  əcnəbi tələbələr könüllü sığorta xidmətindən yararlanaraq muxtar respublikada fəaliyyət göstərən xəstəxanalarda müəyyən güzəştlərdən istifadə edə bilərlər. Diqqətə çatdırılıb ki, epidemiya hallarında, psixotrop və narkotik maddələrdən, spirtli içkilərdən istifadə zamanı  sığorta təminatı verilmir.

          Naxçıvan Sığorta Xidmətinin əməkdaşı Mehdi Bağırov sığorta müqaviləsi sığorta şəhadətnaməsi və sığorta kartları haqda  qaydaları tədbir iştirakçılarının nəzərinə çatdırıb. Vurğulanıb ki, muxtar respublikanın müvafiq xəstəxanalarıyla bağlanılan müqavilələrə əsasən, əcnəbi tələbələr həmin xəstəxanalarda növbədən kənar tibbi xidmətdən yararlana bilirlər.

Sonra əcnəbi tələbələrin bir qisminə  qeyd olunan güzəştlərlə əlaqədar kartlar təqdim olunub.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.