Naxçıvan Dövlət Universitetində təhsil alan I kurs tələbələrinə yeni nəsil smart tələbə kartları təqdim edilib

Naxçıvan Dövlət Universitetində təhsil alan I kurs tələbələrinə yeni nəsil smart tələbə kartları təqdim edilib

Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayey qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş  “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası çərçivəsində hazırlanan yeni nəsil smart tələbə kartları həm tələbə kartını əvəz edir, həm də universitetin elektron resusrlarından istifadə imkanı yaradır. Bildirilib ki, smart kartların istifadə imkanları gələcəkdə daha da genişləndiriləcək və tələbələr bu kartlar vasitəsilə bir çox imkanlardan yararlana biləcəklər.

Mühasibat uçotu şöbəsinin müdiri Ülvi Baxışlı çıxışında bildirib ki, smart tələbə kartları unikal bir kartdır və bir çox mühüm xüsusiyyətləri və üstünlükləri ilə fərqlənir. Diqqətə çatdırılıb ki, kartın mühüm xüsusiyyətlərindən biri də debet bank kartı olmasıdır və bu kartlar vasitəsilə tələbələr istər dövlət, istərsə də tədris müəssiəsi tərəfindən ödənilən təqaüdlər həmin kartlar vasitəsilə əldə edə bilər. Bildirilib ki, ölkə daxilində və xaricdə həmin kartlar vasitəsilə istənilən ödənişləri rahatlıqla həyata keçirmək mümkündür.

“Hüquqşünaslıq” ixtisası üzrə I kurs tələbələri Aytən Həsənli və Şahin Hacıyev çıxışlarında smart tələbə kartlarının onlar üçün yaratdığı imkanlardan bəhs edərək, tələbələr adından minnətdarlıq ediblər.

Sonda tələbələrə smart kartlar təqdim olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.