Naxçıvan Dövlət Universitetində Tələbə İnkişaf Platforması layihəsi çərçivəsində tələbələrlə görüş olub

Naxçıvan Dövlət Universitetində Tələbə İnkişaf Platforması layihəsi çərçivəsində tələbələrlə görüş olub

Naxçıvan Dövlət Universiteti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının təşkilatçılığı ilə “Tələbə İnkişaf Platforması” layihəsi çərçivəsində tələbələrlə növbəti görüş keçirilib.

Ali təhsil müəssisəsinin Həmkarlar İttifaqı Komitəsinin sədri Nicat Yaqubov universitetdə “Təcrübə və karyera” mərkəzinin yaradıldığını, bu mərkəzdə universitetin məzunlarının gələcək karyeraları ilə bağlı sistemli işlərin görüldüyünü diqqətə çatdırıb.

Mərkəzi Karyera filialının müdiri Toğrul Ələkbərov və filialın mütəxəssisi Rüstəm Məmmədov tərəfindən Naxçıvan Dövlət Universitetinin tələbələri üçün təşkil edilən seminarda “Karyera planlaması”, “Əmək bazarı dəyərimizi necə artıraq?”, “Gələcəyin bacarıqları” kimi mövzularda təqdimatlar edilib, tələbələri maraqlandıran suallar cavablandırılıb, “Alo Karyera” dəstək xidməti və “CV yarat” platforması barədə məlumat verilib.

Görüşdə ümumilikdə 110 tələbə iştirak edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.