
Naxçıvan Dövlət Universitetində tələbələrə və bir qrup işçilərə bayram sovqatı təqdim edilib
Naxçıvan Dövlət Universitetində əcnəbi və Azərbaycanın digər rayonlarından olan tələbələrə müqəddəs Ramazan ayı münasibətilə ərzaq payı təqdim olunub. Universitetin rektoru Elbrus İsayev bəşər övladını xeyirxahlığa, birliyə, mənəvi kamilliyə dəvət edən, öz mahiyyəti ilə insanların ruhunu təzələyən Ramazan ayının dünya müsəlmanlarının ən əziz ayı olduğunu bildirib. Qeyd edilib ki, universitetdə təhsil alan xarici və digər rayonlardan olan tələbələr hər zaman dövlətimizin diqqət və qayğısını öz üzərlərində hiss edirlər. Bayramlarda və əlamətdar günlərdə onlar hər zaman xatırlanır. Rektor milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsi kimi xarakterizə olunan müqəddəs Ramazan ayı münasibətilə müəllim və tələbələri təbrik edib, hər kəsə bol ruzi və bərəkət arzulayıb.
Qeyd edək ki, bu aksiya universitetin 1548 nəfərini təşkil edib.