Naxçıvan Dövlət Universitetində “Təlim və tədrisdə süni intellekt” mövzusu  müzakirə edilib

Naxçıvan Dövlət Universitetində “Təlim və tədrisdə süni intellekt” mövzusu müzakirə edilib

Ali  təhsil ocağının Fizikia-riyaziyyat fakultəsində “Təlim və tədrisdə süni intellekt” mövzusuna həsr olunmuş elmi-nəzəri seminar kecirilib. Seminarı  giriş sözüylə açan universitetin Elmi katibi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent  Məftun İsmayılov  qeyd edib ki, süni intellekt intellektual maşın yaratmağı, xüsusən yalnız insanlara məxsul olduğu düşünülən yaradıcı fəaliyyətlə məşğul ola bilən intellektual proqram yaratmağı özünə məqsəd götürmüş elm və texnologiyadır. Bu elm həmçinin insan intellektinin araşdırılması kimi başa düşülür.

İnformatika kafedrasının müəllimi Səriyyə Qasımova “Təlim və tədrisdə süni intellekt” adlı çıxışında bildirib ki, süni intellekt bir elm kimi praktik və nəzəri hissələrdən ibarətdir. Praktik cəhətdən “Süni intellekt” problemi bir tərəfdən informatikaya və hesablama riyaziyyatına, digər tərəfdən isə neyrofiziologiyaya və psixologiyaya aid edilir. Vurğulanıb ki, robotexnika sahəsi və süni intellekt elmi bir- biri ilə sıx əlaqədardır. Robotexnikada süni intellektdən istifadə edib intellektual robotların yaradılması süni intellekt elminin yeni bir sahəsini yaradır. Həmçinin diqqətə çatdırılıb ki, ən məşhur süni intellektlər- Pepper-Yapon şirkəti olan  Aldebaran Robotics və Softbank Mobile tərəfindən 2015-ci ildən satışa çıxarılıb. Bu humanoid robotun digər robotlardan fərqi odur ki, onun emosiyaları var. Pepper ətraf aləmi 3D kameralar vasitəsi ilə təhlil edə bilir, boyu 1.2 metr, kilosu isə  28 kilodur. O, insanların mimikaları ilə onların əhval-ruhiyyəsini başa düşə bilir. Həmçinin o, öz-özünü öyrədə bilən robotdur və lazım olan cavabları axtarmaq üçün internetə çıxışı var. Pepper hətta onu itələdikdə belə öz müvazinətini saxlaya bilir, insan toxunuşlarını hiss etmək üçün onda sensor qurğuları vardır. Elmi-nəzəri seminarda süni intellektin təsir etdiyi bir çox sahələrə də aydınlıq gətirilib.

Seminar müəllim və tələbələrin sualları və  müzakirələr şəkilində davam edib.