Naxçıvan Dövlət Universitetində “TED-də  Süni Zəka üzrə çıxış edən ilk azərbaycanlı xanım” Günay Kazımzadə tərəfindən vebinar keçirilib

Naxçıvan Dövlət Universitetində “TED-də  Süni Zəka üzrə çıxış edən ilk azərbaycanlı xanım” Günay Kazımzadə tərəfindən vebinar keçirilib

Ali təhsil müəssisəsinin Memarlıq və mühəndislik fakültəsində keçirilən tədbirdə fakültənin dekanı, riyaziyyat üzrə elmlər doktoru, professor Cavanşir Zeynalov iştirakçıları salamlayaraq təşkil olunan vebinarın müasir dövr üçün önəmini vurğulayıb.

          Tədbirə onlayn qatılan Süni intellekt üzrə tədqiqatçı Günay Kazımzadə qeyd edib ki, artıq dünyada bir sıra şirkətlərdə insan resurslarının idarə edilməsində süni zəkadan istifadə edilməyə başlanılıb. Bir çox insan resursları mütəxəssisinin süni zəkanın insan resurslarının idarə edilmə funksiyalarına inteqrasiyasını məmnuniyyətlə qarşıladığını diqqətə çatdıran tədqiqatçı, bunun səbəbini robotların neqativ subyektiv düşüncələrdən və hisslərdən azad olmasında gördüyünü bildirib. Günay Kazımova iştirakçıların nəzərinə çatdırıb ki, hazırda insan resurslarının idarə edilməsində süni zəkadan ən çox işə qəbul prosesində istifadə olunur. Bir sıra şirkətlər çatbotlardan istifadə edərək namizədlə tanışlıq müsahibəsini həyata keçirir. Çatbot namizədlə müəyyən ssenari üzrə söhbət aparır, həmçinin namizədin verdiyi cavablara əsaslanaraq söhbəti davam etdirir və namizədin növbəti mərhələ üçün uyğunluğu barədə məlumatı geri bildiriş şəklində işə qəbul mütəxəssisinə göndərir. Diqqətə çatdırılıb ki, süni zəkaya əsaslanan başqa bir namizəd seçim proqramı olan HireVue isə namizədlə görüşü video qeydə alır və daha sonra namizədin müsahibə zamanı mimika və jestlərini, səs tonundakı dəyişiklikləri analiz edərək verilən sualları nə dərəcədə düzgün cavablandırdığını müəyyənləşdirir.

          Məlumat üçün onu da qeyd edək ki, Günay Kazımova TechCentrum sosial platformasının təsisiçisi, TED-də (Technology, Entertainmet, Design – Texnologiya, Əyləncə, Dizayn) Süni Zəka üzrə çıxış edən ilk azərbaycanlı xanım və Google şirkətinin xanımlar üçün təsis etdiyi Qrantın qalibidir.

Leave a Reply

Your email address will not be published.