
Naxçıvan Dövlət Universitetində türkiyəli mütəxəssis tərəfindən “Texnoparkların 4-cü Sənaye İnqilabında rolu və əhəmiyyəti “ mövzusunda təlim keçirilib
Təlimdə çıxış edən, universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov qonağı və iştirakçıları salamlayaraq qeyd edib ki, texnoparklar, inkişaf etməkdə olan ölkələrdə sənayenin inkişafını dəstəkləmək üçün önəmli bir rola sahibdir. Rafiq Rəhimov təlimin önəmi vurğulayaraq, iştirakçılara uğurlar arzulayıb.
İKT və Elektron Təhsil şöbəsinin müdiri Hüseyn Əsgərli çıxışı zamanı diqqətə çatdırıb ki, Düzce Universitetinin Beynəlxalq Ticarət və Maliyyə kafedrasının dosenti Özkan Şahin akademik həyatı ilə yanaşı universitetlərdə inzibati vəzifələrdə də çalışıb. Bildirilib ki, O, həmçinin 10 il Düzce Texnoparkının baş direktoru və Düzce Universiteti Sənaye Kooperasiya Mərkəzinin direktoru vəzifələrini icra edib.
Sonra təlimə başlayan Özkan Şahin qeyd edib ki, Texnoparklar texnologiya, mühəndislik, tibbi texnologiyalar və s. kimi müxtəlif sahələrdə fəaliyyət göstərə bilərlər. “Bu parklar, müstəqil tədqiqat və inkişaf sahələrində işləyən şirkətlər üçün infrastruktur təmin edir və onlara sənayenin tələblərinə cavab verən inovativ həllər tapmaq üçün bir mühit yaradır” deyə Özkan Şahin çıxışında bildirib. Diqqətə çatdırılıb ki, texnoparklar, sənaye sektorunda rəqabətə və texnologiya səviyyəsinin artırılmasına yardım edir və bir ölkənin sənaye strukturunu dəyişdirməyə və inkişaf etdirməyə kömək edir.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.