Naxçıvan Dövlət Universitetində ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar poeziya günlərinə start verilib  

Naxçıvan Dövlət Universitetində ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar poeziya günlərinə start verilib  

Naxçıvan Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbirlər planı əsasında silsilə tədbirlər keçirilir. Bu tədbirlər sırasında Poeziya günlərinin keçirilməsi də yer alıb. Poeziya günləri çərçivəsində professor, Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Turanın xalq şairi Vüqar Əhmədlə görüş keçirilib. 

Bu münasibətlə keçirilən görüşdə çıxış edən ali təhsil müəssisənin rektoru Elbrus İsayev bildirib ki Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, 2022-ci il 29 sentyabr tarixli sərəncamı ilə ölkəmizdə Heydər Əliyev ili elan edilib və bu istiqamətdə universitetimizdə silsilə tədbirlər keçirilir. Rektor qeyd edib ki, Ümumilli Lider Heydər Əliyev respublikamızda elm və təhsilin inikişafına böyük qayğı ilə yanaşaraq onun inkişafına töhvələr verib. Elbrus İsayev vurğulayıb ki, Ümumilli Lider 1967, 1992-ci ildə iki dəfə və 1999-cu illərdə universitetimizdə olub vəali təhsilin inkişafı istiqamətində əvəzsiz xidmətlər göstərib. Rektor qonağı salamlayaraq, onun elmi, bədii yaradıcılığının əhəmiyyətindən, dünya miqyasında xalqımızı layiqincə tanıtmasından söz açıb.

          Tarix-filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Arif Ağalarov Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan poeziya günləri çərçivəsində universitetimizdə görkəmli söz və qələm sahibləri ilə keçirilən görüşlərin əhəmiyyətindən söz açıb. Azərbaycan ədəbiyyatında Vüqar Əhməd yaradıcılığının rolu və əhəmiyyəti haqqında danışan Arif Ağalarov qeyd edib ki, Vüqar Əhməd elmi, şeiri, musiqini bir arada birləşdirməyi bacaran görkəmli şəxsiyyətdir. Vurğulanıb ki, üç istiqamətdə fəaliyyət göstərərək, böyük uğurlar qazanmaq hər adamın işi deyil. Çox xoşdur ki, dəyərli şairimiz, ədəbiyyatşünas Vüqar Əhməd bizim müasirimizdir və bizimlə canlı ünsiyyətdədir.

          Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, yazıçı-şair, dramaturq, publisist Asim Yadigar Azərbaycan ədəbiyyatında öz dəsti-xətti ilə seçilən şairlərimizdən olan Vüqar Əhmədin Azərbaycan ədəbiyyatındakı rolundan, ictimai-ədəbi fəaliyyətindən, elmi yaradıcılığından və şeirlərinə bəstələnən musiqilərdən söz açıb. Qeyd edilib ki, çağdaş Azərbaycanın elmi-ədəbi mühitinə öz tükənməz potensialı ilə məxsusi rəng qatan Vüqar Əhməd həm də bir şəxsiyyət olaraq gənc nəslə milli-mənəvi dəyərlərin aşılanması prosesində fəallığı ilə seçilir.

Tədbirdə tələbələr şair, ədəbiyyatşünas Vüqar Əhmədin şeirlərindən bədii qiraət ediblər. Konservatoriyanın müəllim və tələbələri nəğməkar şair kimi onun sözlərinə yazılan bəstələri ifa ediblər.

Şair görüş iştirakçılarına özünün zəngin yaradıcılığından, elm sahəsində əldə etdiyi nailiyyətlərindən danışıb.

          Sonda universitetin rektoru Vüqar Əhmədə 60 illik yubileyi ilə bağlı keçirilən görüşdən xatirə plaketi və universitetin rəssamı, əməkdar mədəniyyət işçisi Elman Cəfərlinin çəkdiyi portreti təqdim edib.

Nəğməkar şair, professor Vüqar Əhməd Naxçıvan Dövlət Universitetində olmaqdan məmnunluğunu dilə gətirib. 60 illik yubileyi ərəfəsində keçirilən görüşü ömrünün ən xoşbəxt saatları kimi qələmə verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.