Naxçıvan Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Bədii Qiraət” müsabiqəsi keçirilib

Naxçıvan Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Bədii Qiraət” müsabiqəsi keçirilib

Ali təhsil ocağının Magistratura mərkəzində keçirilən tədbir universitetin Tarix-filologiya fakültəsi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra ümummilli liderə həsr olunmuş  “Xalqın adamı” videoçarxı  nümayiş olunub.

          Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev  ali təhsil ocağında Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlər planı çərçivəsində keçirilən tədbiri yüksək qiymətləndirib. Rektor Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunmasının dahi rəhbərə olan ümumxalq sevgisinin təcəssümü, misilsiz xidmətləri ilə çoxəsrlik tariximizin ən parlaq səhifələrini yazan Ulu Öndərə böyük ehtiramın göstəricisi olduğunu vurğulayıb. Tələbələrin xüsusi istedadlarının qiymətləndirilməsi üçün bu cür müsabiqələrin davamlı keçirilməsinin zəruri olduğu diqqətə çatdırılıb.

Sonra tələbələr Ulu Öndərə həsr olunan şeirləri bədii qiraət ediblər.

Münsiflər heyəti müsabiqədə tələbələrin bədii qiraətini səhnə mədəniyyətinə, intonasiyasına, şeirlərin əzbər təqdim edilməsinə, mövzu uyğunluğu və tələffüz bacarıqlarına  görə qiymətləndirib. Göstərilən meyarlara uyğun Aktyor sənəti üzrə IV kurs tələbəsi Səkinə Məmmədova qalib seçilib. II yerə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə I kurs tələbəsi Tülay Babayeva, III yerə Jurnalistika ixtisası üzrə I kurs tələbəsi Rafiq Təhməzov layiq görülüb. Dörd nəfər tələbə isə həvəsləndirici yeri qazanıblar. Qaliblərə diplom və hədiyyə təqdim edilib.

Layihənin rəhbəri universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin Tarix-filologiya fakültəsi üzrə sədri, Jurnalistika ixtisası üzrə II kurs tələbəsi Əli Yarıyev də mükafatlandırılanlar sırasında olub.

Leave a Reply

Your email address will not be published.