Naxçıvan Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Mədəaltı vəzi xəstəlikləri” elmi-praktik konfransı keçirilib

Naxçıvan Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Mədəaltı vəzi xəstəlikləri” elmi-praktik konfransı keçirilib

Naxçıvan Dövlət Universiteti, Azərbaycan Endoskopik-Laporoskopik Cərrahlar Assosiasiyası İctimai Birliyinin təşkilatçılığı ilə ali təhsil ocağında keçirilən konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransda çıxış edən universitetin rektoru Elbrus İsayev qeyd edib ki, “Səhiyyənin inkişafının başlıca şərtlərindən biri təhsilin keyfiyyətli təşkil edilməsidir”.  Rektor bu cür konfransların keçirilməsinin birgə təcrübə mübadiləsində mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Muxtar respublikada tibb təhsilininin əsasının qoyulmasının birbaşa  ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdıran Elbrus İsayev bildirib ki, Naxçıvan səhiyyəsinin tibbi kadrlara olan ehtiyacını ali təhsil ocağının Tibb fakültəsi qarşılayır. Çıxışda həmçinin diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramında universitetin nəzdində tibbi tədqiqat klinikasının yaradılması layihəsi də öz növbəsində muxtar respublikada tibb təhsilinə göstərilən dövlət qayğısının ən bariz nümunəsidir.

Azərbaycan Endoskopik-Laporoskopik Cərrahlar Assosiasiyası İctimai Birliyinin sədri Müşviq Həsənov qeyd edib ki, dünyada tibbi texnologiyanın və müalicə metodlarının sürətlə inkişaf etməsinə baxmayaraq, hələ də təbabətdə həllini gözləyən çoxsaylı problemlər mövcuddur. Bu problemlərin həlli yollarının axtarılması tibb elm adamları və mütəxəssislərini daim düşündürür. Bir çox xəstəliklərin erkən diaqnostikasında və müalicəsində kompleks müalicə metodları ilə yanaşı, laparoskopik, endoskopik və robotik cərrahiyyə metodları yeni texnologiyalar sayəsində daha sürətlə və etibarlı olaraq həyata keçirilə bilir. Bu baxımdan müasir müalicə metodlarının multidisiplinar müzakirəsi olduqca aktualdır. Günümüzdə bilik və təcrübə ehtiyaclarının ödənilməsi üçün müasir texnologiyaların, müalicə metodlarının, yanaşmaların təhlil edilməsi vacibdir.

Ümummilli liderə həsr olunmuş film nümayiş olunduqdan sonra konfransda AZTV-nin solisti, Muğam müsabiqəsinin laureatı Valid Abdullayev bədii proqramla çıxış edib.

Moderatorluğunu professor İsa Abdullayev, tibb üzrə elmlər doktoru Müşviq Həsənovun etdiyi konfransda tibb üzrə fəlsəfə doktoru, dosent, qastroenteroloq Gülnarə Ağayeva “Alkoqol sirrozu zamanı mədəaltı vəzi zədələnməsi və aparılan müalicələrin effektivliyi”, Hepotoloq, infeksionist Azər Nağıyev “Xroniki pankreatitlər zamanı ekzokrin çatışmazlığı və onun korreksiyası”, tibb elmləri doktoru Müşviq Həsənov “Eksperimental kəskin pankreatitlər zamanı aparılan selektiv müalicənin effektivliyi” mövzularında çıxışlar ediblər.

Mövzularla bağlı müzakirələr aparıldıqdan sonra iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, konfransda sponsor Berlin-Chemıe Menarini şirkətinin dərmanları da təqdim olunub. Məlumat üçün onu da bildirək ki, Berlin-Chemie Menarini şirkətinin Nümayəndəliyi Azərbaycanda 20 noyabr 1998-ci ildə qeydiyyata alınıb. Şirkət Berlin-Chemie Almaniyanın Tədqiqat əsaslı Əczaçılıq Şirkətləri Assosiasiyasının üzvü olaraq innovasiyaya xidmət edir.

Leave a Reply

Your email address will not be published.