Naxçıvan Dövlət Universitetində “Uşaq ədəbiyyatının müasir dövrümüzdə tədqiqi” mövzusunda elmi-nəzəri seminar keçirilib
“Tarix- filologiya” fakültəsində “Uşaq ədəbiyyatının müasir dövrümüzdə tədqiqi” mövzusunda onlayn elmi- nəzəri seminar keçirilib. Sumqayıt Dövlət Universitetinin professoru, şair Rafiq Yusifoğlunun onlayn iştirakı ilə baş tutan seminarı giriş sözü ilə açan universitetin elmi katibi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məftun İsmayılov universitetdə baş tutan tədbirlərin, seminarların önəmini diqqətə çəkib. Vurğulanıb ki, ədəbiyyatımızda xüsusi yerə malik olan uşaq ədəbiyyatı çoxşaxəli və maraqlı sahədirki, bu gün bu istiqamətdə tədqiqatlar aparılır.
Sumqayıt Dövlət Universitetinin professoru, şair Rafiq Yusifoğlu tədbir iştirakçılarını salamlayıb, Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlıq etməyindən məmnunluğunu ifadə edib. 90-dan çox kitabının nəşr olunduğunu deyən professor tələbələrə kitablarından nümunələr göstərib onlardan bəhrələnməyi məsləhət görüb. Gəncliyin formalaşmasında uşaq ədəbiyyatının önəminin xüsusi olduğu qeyd edilib. Vurğulanıb ki, uşaq ədəbiyyatı əsərləri xeyirxah, mərd və cəsur qəhrəmanları maraqlı sujet və kompozisiyası, anlaşıqlı, sadə və aydın bədii ifadə vasitələri, səlis dili ilə seçilir. Bu istiqamətdə “Göyərçin” ədəbi-bədii jurnalının fəaliyyətini diqqətə çəkən şair jurnal haqqında məlumat verib. Diqqətə çatdırılıb ki, burada Azərbaycan və dünya xalqlarının nağılları, uşaq yazıçılarının əsərləri, folklor nümunələri olan tapmacalar, nağıllar, hikmətli sözlər nəşr edilir. Eyni zamanda uşaqların fərdi yaradıcıllıqlarına da yer verilir.
Fakültənin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent qeyd edik ki, Rafiq Yusifoğlu 1985-ci ildən 1992-ci ilədək “Göyərçin” jurnalında şöbə müdiri, 1992-1996-cı illərdə məsul katib vəzifəsində çalışıb. 1997-ci ildən isə həmin jurnalın baş redaktoru vəzifəsində çalışır.
Sonra müəllim və tələbələrin sualları cavablandırılıb.