Naxçıvan Dövlət Universitetində “Vətən naminə bir arada” layihəsinə start verilib

Naxçıvan Dövlət Universitetində “Vətən naminə bir arada” layihəsinə start verilib

Ali təhsil ocağında keçirilən görüşdə şəhid valideynləri iştirak edib. Universitetin  Pedaqoji fakültəsində keçirilən tədbirdə vətən uğrunda canını qurban verən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Universitetin rektoru Elbrus İsayev igid oğullarımızın keçdiyi şərəfli ömür yolunu gənc nəslə nümunə adlandırıb. Rektor bu gün əsası qoyulan layihənin fəaliyyətinə uğurlar arzu edib.

Universitetin Texnologiya mərkəzinin direktoru Mətanət Quliyeva şəhid valideynləri qarşısında çıxış etməkdən məmnunluğunu ifadə edib.

“Zəfərli yol” İctimai Nəzarət Təşkilatının Naxçıvan Muxtar Respublikası üzrə sədri Səadət Axundova çıxış edərək təşkilatın fəaliyyəti barədə danışıb. Rektora təşkilat adından fəxri diplom təqdim edilib.

Sonra şəhid valideynləri Pedaqoji fakültənin nəzdində fəaliyyət göstərən Texnologiya mərkəzində olub, müəllim və tələbələrin hazırladıqları əl işlərini maraqla izləyiblər. Mətanət Quliyeva şəhid valideynlərinə Texnologiya Mərkəzində hazırlanan xarıbülbül nişanını təqdim edib.

Tədbir Sosial xidmət mərkəzində təşkil olunan ehsan süfrəsi arxasında davam edib. Süfrə arxasında şəhid valideynləri çıxış edərək, tədbirin təşkilatçılarına öz minnətdarlıqlarını bildiriblər.

Leave a Reply

Your email address will not be published.