
Naxçıvan Dövlət Universitetində vətənpərvərlik mövzusunda tədbir keçirilib
Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə” fakültəsində “Qarabağ Azərbaycandır!” vətənpərvərlik mövzusunda tədbir keçirilib. Universitetinin Tədris və tərbiyə işlər üzrə prorektoru Rafiq Rəhimov tədbir iştirakçılarını salamlayıb, Azərbaycan torpaqlarının haqsızcasına 30 il müddətində erməni tapdağı altında olmağından, bu haqsızlığa göz yummayacağımızdan danışıb. Vurğulanıb ki, artıq işğal altında olan torpaqlarımız bu gün Ali Baş Komandanımız cənab İlham Əliyevin uğurlu siyasəti və qətiyyətli addımı sayəsində öz azadlığına qovuşur. Prorektor onu da qeyd edib ki, universitetimizdə Fiziki tərbiyə və Çağrışaqədərki hazırlıq müəllimliyi ixtisası üzrə vətənpərvər gənc nəsil formalaşır.
Naxçıvan Muxtar Respublikası Veteranlar təşkilatının sədr müavini Sultan İsmayılov “Vətəni qorumaq müqəddəs borcumuzdur” adlı çıxışında bildirib ki, vətənə olan sevgi əbədi və əzəli bir hissdir. Diqqətə çatdırılıb ki, bizim müqəddəs borcumuz Vətənə xidmət etmək, hər qarış torpağına sinəmizi sipər edərək onu qorumaqdır.
Çıxışlardan sonra fakültə tələbələrinin ifasında kompozisiya təqdim edilib.
Sonda tədbirin önəm və əhəmiyyətini əks etdirən videoçarx nümayiş olunub