Naxçıvan Dövlət Universitetində “Vətənpərvərlik” mövzusunda tədbir təşkil edilib

Naxçıvan Dövlət Universitetində “Vətənpərvərlik” mövzusunda tədbir təşkil edilib

Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində vətənpərvərlik mövzusunda tədbir təşkil edilib.Tədbiri giriş sözü ilə açan universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov bildirib ki, Gənclərin təhsil və tərbiyəsinə diqqət və qayğının nəticəsidir ki, hazırda gənc nəsildə yüksək vətənpərvərlik ruhu formalaşıb. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin dövlətin diqqətində olduğunu və bu istiqamətdə müxtəlif proqramların həyata keçirildiyini bildirib.

Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekanı, kimya üzrə fəlsəfə doktoru, dosent  Şəmil Mahmudov qeyd edib ki, bu gün ordumuzun qazandığı qələbənin sevincini, tələbələrimizin vətənə olan sevgisini universitetimizdə təşkil edilən tədbirlərdə bir daha görürük.

Sonda bədii qiraət dinlənilib və videoçarx izlənilib.