
Naxçıvan Dövlət Universitetində vebinar keçirilib
Naxçıvan Dövlət Universitetində ABŞ-da yaşayan DOCOFIT şirkətinin qurucusu Rahib Heydərov “Pandemiya dövründə onlayn telemedicine”mövzusunda vebinar təlim keçib. Təlimdə NDU-nun Tibb fakültəsi, professor-müəllim heyəti, rezidentlər və tələbələr, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi əməkdaşları iştirak edib.Vebinarı giriş sözü ilə açan Naxçıvan Dövlət Universiteti Elmi Tədqiqatların Əlaqələndirilməsi bölməsinin müdiri Rza Məmmədov Covid-19 pandemiyası səbəbi ilə bütün ölkələrdə sağlamlıqla əlaqəli problemlərdə insanların xəstəxanalara getməsi və müayinə olunmasının riskli olduğu bir dövrdə “telemedicine”nin çox mühüm rol oynadığını bildirib. Bununla bağlı olaraq, Naxçıvan Muxtar Respublikası Tibb sahəsində İKT-nın imkanlarından geniş istifadə olunması üçün quruculuq işləri aparılıb və dünya standartlarına cavab verəcək şəkildə formalaşdırılıb.
DOCOFIT şirkətinin qurucusu Rahib Heydərov ilk öncə vebinar iştirakçılarını salamlayıb, “Telemedicine və PEMAR (şəxsi elektron tibb sistemi) haqqında geniş məlumat verib. İnsan hər hansı bir xəstəlik səbəbindən həkim yanına gedərsə həmin andan etibarən, onun şəxsi tibbi qeyd sistemi yaradılır və burada xəstəliklərin nəzarəti və izlənməsinin vacib olduğunu bildirib. Təlim iştirakçılarının diqqətinə çatdırılıb ki, bu gün dünyanı ağuşuna alan korona virusun yayıldığı bir vaxtda “telemedicine”dən geniş istifadə olunur. İnsanlar karantin dövründə evdə oturub həkimlə “telemedicine” vasitəsi ilə əlaqə yarada bilir və bununla da, qarşı tərəfdəki həkim kilometrlərlə uzaqda olan xəstəsinin sənədlərini əldə edir. Bu vasitə ilə həkim həm xəstə ilə qarşılıqlı görüşür, həm də xəstənin bugünə qədər edildiyi analizləri, radioloji testləri,rentgenləri birbaşa əldə edə bilir.
Sonda mövzu ilə bağlı suallar cavablandırılıb .