Naxçıvan Dövlət Universitetində Yeni Azərbaycan Partiyasının 29-cu ildönümü qeyd edilib

“Yeni Azərbaycan partiyasının gücü, ilk növbədə, onun əvəzsiz lideri Heydər Əliyevdir. Yeni Azərbaycan Partiyasının gücü ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyası liderinin daxili və xarici siyasətini xalq bəyənir və dəstəkləyir”. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sözləri Naxçıvan Dövlət Universitetində “Yeni Azərbaycan Partiyası – 29: Xalqa xidmət nümunəsi” mövzusunda keçirilən tədbirdə səsləndirilib. Tədbirdə giriş sözüylə çıxış edən universitetin rektoru Elbrus İsayev qeyd edib ki, Ulu Öndər Heydər Əliyev son dərəcə mürəkkəb, ağır bir dövrdə xalqın təkidli tələbi ilə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürərək, bugünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycanın təməlini qoyub. Diqqətə çatdırılıb ki, olduqca çətin bir şəraitdə yaranmış bu partiyanın çox qısa bir müddətdə əsl siyasi qüvvə kimi formalaşması, minlərlə vicdanlı və əqidəli insanın YAP-ın sıralarında birləşməsi Heydər Əliyev fenomeninin misilsiz qüdrətindən xəbər verir. Rektor vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev və onun ən layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində aparılan ardıcıl və köklü islahatlar, yürüdülən daxili və xarici siyasət xalqımızın rifah halının daha da yaxşılaşmasına, dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə zəmin yaradıb. Azərbaycan ulu öndər, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin ideyalarının ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında uğurlu gələcəyə doğru inamla irəliləyir. Bildirilib ki, Heydər Əliyev siyasətinə sədaqəti, qətiyyətli və məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın müzəffər ordusu bizə qələbə sevincini yaşatdı. YAP-nın təməl prinsipərinin formalaşmasının məhz muxtar respublikadan başlanıldığını qeyd edən rektor qeyd edib ki, göstərilən yüksək diqqət və qayğının nəticəsidir ki, YAP muxtar respublika təşkilatı bu yolda inamla irəiləyir. Vurğulanıb ki, ali təhsil ocağında da tələbə-gənclərin təhsili, onların intellektual inkişafı, vətənpərvərliyi, dövlətçiliyimizə sədaqət ruhunda tərbiyəsi və sağlam siyasi təfəkkürdə formalaşdırılması daim diqqətdə saxlanılır.

Tədbirdə YAP Universitet şəhərciyi ərazi ilk Partiya təşkilatı İdarə Heyətinin üzvü, “Jurnalistika və xarici ölkələr ədəbiyyatı” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Xumar Məmmədovanın “Yeni Azərbaycan Partiyası zərurətdən yaranıb, milli tərəqqiyə xidmət edən ümumxalq partiyasıdır”, “Beynəlxalq münasibətlərin tarixi və nəzəriyyəsi” ixtisaslaşması üzrə II kurs magistrant Misirxan Kazımlının “Ölkəmizin uğurlu siyasəti gəncləri müasir, yüksək intellektli aparıcı qüvvə kimi formalaşdırıb” adlı çıxışları dinlənilib.

Tələbələrə partiya üzvlüyünə qəbul edilmə vəsiqələri təqdim olunduqdan sonra YAP-nın 29 illik fəaliyyətini özündə əks etdirən “Dünənin, bu günün və gələcəyin partiyası” adlı sənədli film nümayiş olunub.