Naxçıvan Dövlət Universitetində yeni dövrün bacarıqlarına dair seminar keçirilib

Naxçıvan Dövlət Universitetində yeni dövrün bacarıqlarına dair seminar keçirilib

Universitetin Təcrübə və məzunlarla iş bölməsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aynurə Seyidova qonaqları salamlayıb, bölmənin fəaliyyəti haqqında iştirakçılara ətraflı məlumat verib.

          Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının müdir müavini Adil Abdullayev “Yeni dövrün bacarıqları nələrdir?” adlı çıxışında bildirib ki, hər bir gənc dövrün tələblərinə uyğun olaraq davamlı şəkildə yeni bacarıqlar qazanmalı, əmək bazarının tələblərinə uyğunlaşmağı bacarmalıdır.

“Peşəkar karyera planlaması” mövzusundakı çıxışında Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının əməkdaşı Jalə Bənnayeva karyera planlamasının gənclərin gələcək inkişafına təsirindən, gələcəkdə onlara yeni fürsətlər yaradacağından və karyera planlamasının faydaları haqqında danışıb.

Çıxışlarda bildirilib ki, yeni dövrün çağırışlarına cavab vermək üçün Dünya İqtisadi Forumunun 2020-ci il hesabatına görə analitik düşünmə və innovativlik, aktiv öyrənmə və öyrətmə, tənqidi təfəkkür və analiz, kompleks problem həlli və.s bacarıqlara yiyələnmək lazımdır.

Seminar qarşılıqlı diskussiya formasında keçirilib.

Leave a Reply

Your email address will not be published.