Naxçıvan Dövlət Universitetinin əcnəbi tələbələri “Qarabağ Azərbaycandır” adlı konsert təşkil ediblər

Naxçıvan Dövlət Universitetinin əcnəbi tələbələri “Qarabağ Azərbaycandır” adlı konsert təşkil ediblər

Naxçıvan Dövlət Universitetində 28 May Respublika günü ilə əlaqədar olaraq “Qarabağ Azərbaycandır” adlı konsert təşkil edilib. Konsert xarici tələbələrlə iş üzrə dekanlığın hazırlıq kursu tələbələrinin iştirakı ilə keçirilib. Türkiyəli tələbələr türk xalq mahnıları ilə yanaşı, Azərbaycan xalq mahnıları da ifa ediblər. Nigeriyalı tələbə Joseph Okpamenin Azərbaycan xalq mahnısı “Sarı gəlin” i ifa etməsi tamaşaçılara xoş ovqat bəxş edib. Tələbələr konsertin sonunda “Qarabağ Azərbaycandır” şüarı ilə mahnı ifa ediblər.

Sonra konsert haqda yekun söz deyən universitetin rektoru Elbrus İsayev əcnəbi tələbələrin gözəl təşəbbüsünü təqdir edib. Bildirilib ki, muxtar respublikada təhsil alan tələbələr yüksək dövlət qayğısı ilə əhatə olunmaqla bərabər, həmçinin universitetin ictimai-mədəni işlərində də fəallıq nümayiş etdirirlər. Rektor artıq bir neçə tədbirlərdə fəal mövqeləri ilə çıxış edən hər bir tələbəni təbrik edib, onlara uğurlar arzulayıb.

Sonda hər bir tələbəyə universitetin sertifikatı təqdim olunub.

Qeyd edək ki, konsertin bədii rəhbərləri İncəsənət fakültəsi müəllimləri olub.