
Naxçıvan Dövlət Universitetinin əməkdaşı “Təhsil İdarəçiləri Assosiasiyası”nın idarə heyətində yer alıb
Naxçıvan Dövlət Universiteti Elm və innovasiyalar bölməsinin müdiri, Təhsilin idarəolunması, təftişi, planlaması və iqtisadiyyatı üzrə fəlsəfə doktoru Rza Məmmədov “Təhsil İdarəçiləri Assosiasiyası”nın idarə heyətində yer alıb.
Qeyd edək ki, TİA ölkəmizdə təhsilin inkişafına töhfə verməyi özünə hədəf qoyan, gəlir məqsədi olmayan bir təşkilatdır. Yarandığı gündən 2020 –ci ilin mart ayından etibarən təlimlər, seminarlar, vebinarlar keçirən TİA 50-dən çox tədbirlərə imza atıb.
Təşkilat Azərbaycan Respublikası Təhsil İnstitutu, T-Network təhsil işçilərinin kommunikasiya və təcrübə platforması ilə birgə Azərbaycan təhsil tarixində ilk dəfə “Təhsil İdarəçiliyi Beynəlxalq Konfransı”nı təşkil edib. Dünyanın müxtəlif ölkələrindən təhsilin idarə olunması üzrə alimlər, doktorantlar, tədqiqatçıların iştirak etdiyi Beynəlxalq təhsil idarəçiləri konfransında universitetimizin əməkdaşı Rza Məmmədov da iştirak edib.