Naxçıvan Dövlət Universitetinin baş müəllimi Aidə Cəlilzadə Avropa Şurası Yerli və Regional hakimiyyətlər Konqresinin Cari Məsələlər Komitəsinin iclasında uğurla təmsil olunub

Naxçıvan Dövlət Universitetinin baş müəllimi Aidə Cəlilzadə Avropa Şurası Yerli və Regional hakimiyyətlər Konqresinin Cari Məsələlər Komitəsinin iclasında uğurla təmsil olunub

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin baş müəllimi Aidə Cəlilzadə Azərbaycan Respublikasının Avropa Şurası Konqresindəki nümayəndə heyətinin üzvü qismində Fransanın Strasburq şəhərində keçirilən Avropa Şurası Yerli və Regional hakimiyyətlər Konqresinin Cari Məsələlər Komitəsinin iclasında iştirak edib.

“İnnovativ, demokratik və dayanıqlı ucqar cəmiyyətlər üçün yeni modellər” mövzusunda debatda çıxış edən Aidə Cəlilzadə Naxçıvan Muxtar Respublikasında ucqar bölgələrdə yaşayan gənclər üçün yaradılan şəraitdən- yenidənqurma və müasir standartların tətbiqindən bəhs edərək bu yeniliklərin, “kənd mərkəzləri”nin xidmət sahələrini genişləndirməsinin mərkəz və ucqar bölgələr arasındakı fərqin minimuma endirilməsinə hesablandığını bildirib.

Deputat “Avropa şəhər və regionlarında qadın və uşaq qaçqınların qəbulu” adlı növbəti müzakirədə “Böyük Qayıdış” proqramından, işğaldan azad olunmuş ərazilərdə “Ağıllı kənd” layihəsinin tətbiqindən və Azərbaycanın bu prosesi tezləşdirmə yolunda üzləşdiyi partlamamış, müəyyənləşdirilməmiş minalar, çirklənmiş torpaq və çirklənmiş su kimi problemlərdən bəhs edib.

Qeyd edək ki, Aidə Cəlilzadə həmçinin Avropa Şurası Konqresi və Qırğızıstan təmsilçiləri arasında keçirilən görüşdə Azərbaycan nümayəndə heyətinin üzvü kimi iştirak edib.

Leave a Reply

Your email address will not be published.