Naxçıvan Dövlət Universitetinin Beynəlxalq məktəbində 2023-cü ildə görülən işlərə dair hesabat tədbiri keçirilib

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq məktəbində 2023-cü ildə görülən işlərə dair hesabat tədbiri keçirilib

Məktəbin direktoru Nazim Rəhimov cari ilin yekun hesabatı haqqında çıxış edərək qeyd edib ki, 2023 – 2024 -cü tədris ilinin birinci yarısının əvvəlində məktəbdə 167 şagird tədrisə başlayıb. 2023-cü ildə məkətəbə qəbul imtahanı keçirilib, qəbul imtahanında 485 şagird sənəd verib, onlardan 31 oğlan 30 qız olmaqla ümumilikdə 61 şagird Beynəlxalq məkətəbə qəbul olunub.

          Bildirilib ki, məktəbin şagirdlərindən 18-i respublika fənn olimpiadasının yarımfinal mərhələsinə vəsiqə qazanıb. Fənlər üzrə qəbul statistikasına nəzər salsaq İnformatika üzrə 2 şagird, Riyaziyyat üzrə 12 şagird, Biologiya üzrə 4 şagird uğurlu nəticə əldə edib. Dərs ilinin I yarısında təcrübəli müəllimlərin iştirakı ilə 16 açıq dərs keçirilib.

Vurğulanıb ki, Beynəlxalq məktəbdə I yarımildə 25 dən çox tədbir keçirilib. Ulu öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı dəyirmi masa, şeir müsabiqəsi, şahmat yarışı, idman yarışları, inşa yazı müsabiqələri təşkil olunub.

          Nazim Rəhimov qeyd edib ki, Məktəbdə müxtəlif dərsliklər, metodiki vəsaitlər, elektron dərsliklər, Azərbaycan və  dünya ədəbiyyatı klassiklərinin əsərlərindən ibarət zəngin kitabxana fondu fəaliyyət göstərir. Beləki kitabxanada  3085 ədəd  dərslik və xüsusi metodiki vəsaitlər,  2276 ədəd  bədii kitab müəllim və şagirdlərin istifadəsindədir.

“Məqsədimiz bundan sonra da savadlı, intellektli, innonativ düşüncəli, dünyagörüşlü, vətənpərvər gənclər hazırlamaqdır”- deyən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qeyd edib ki, Beynəlxalq Məktəbdə tədrisin yüksək səviyyədə təşkili, nizam-intizam qaydalarının günün tələbləri səviyyəsində qurulması, pedoqoji heyətin tam ixtisaslaşdırılmış formada tədrisə cəlb edilməsi ilə təhsilin keyfiyyətinin yüksəldilməsi, dərslərin şagirdlər tərəfindən tam olaraq mənimsənilməsi davam etdirilməlidir.

Rektor tədbirdə müəllimlərin təkliflərini dinləyərək tövsiyyələrini çatdırıb.

Leave a Reply

Your email address will not be published.