Naxçıvan Dövlət Universitetinin çimərlik futbol komandası muxtar respublika çempionatının qalibi olub

Naxçıvan Dövlət Universitetinin çimərlik futbol komandası muxtar respublika çempionatının qalibi olub

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Çimərlik Futbolu Federasiyası, Naxçıvan MR Gənclər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı, “Arazbet”in baş sponsorluğu ilə keçirilən futbol çempionatı başa çatıb. Uzunoba İstrahət Mərkəzinin ərazisində yerləşən çimərlik futbolu meydançasında reallaşan həlledici qarşılaşmada “Universitet” (NDU) və “Badamlı” komandaları qarşılaşıb. Əsas mükafat uğrunda tərəflərin gərgin mübarizəsində sevinən komanda “Universitet” olub. Tələbələrə qələbə üçün 4 qol kifayət edib. Badamlı isə bu qollardan ikisinin əvəzini çıxıb – Universitet 4:2 Badamlı.

Matçdan sonra qalib komanda “Universitet”ə mükafatlar təqdim olunub. “Badamlı” və “Panter” komandaları isə II və III yerləri bölüşüblər.