
Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında “ABŞ-ın 16-cı prezidenti A.Linkolnun oğlunun müəlliminə məktubu”nun müzakirəsi keçirilib
Ali təhsil ocağının Fizika-riyaziyyat fakültəsinin təşəbbüsü ilə universitetin Elmi Kitabxanasında “ABŞ-ın 16-cı prezidenti A.Linkolnun oğlunun müəlliminə məktubu” nun müzakirəsi keçirilib.
Fizika-riyaziyyat fakültəsinin dekanı, fizika üzrə fəlsəfə doktoru, dosent Məftun İsmayılov “Oxunması zəruri olan kitablar” siyahısına daxil edilən bu məktubun ideya istiqamətini yüksək qiymətləndirib.
Sonra Elmi kitabxananın direktoru Fariz Əhmədov və baş kitabxanaçı Çinarə İsmayılova “ABŞ-ın 16-cı prezidenti A.Linkolnun oğlunun müəlliminə məktubu”nun bütün tələbələr üçün oxunmasının vacibliyini və keçirilən bu müzakirənin tələbələr üçün faydalarını diqqətə çatdırıb.
Müzakirə zamanı bildirilib ki, Linkoln müəllimdən oğlunun elə yetişdirilməsini istəyir ki, oğlu millətin, cəmiyyətin inkişafında əvəzsiz rol oynasın.
Daha sonra tələbələr məktub barəsində öz təəsüratlarını bölüşüblər.
Sonda tədbir iştirtakçıları xatirə şəkli çəkdirib.