Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında şair, dramaturq Hüseyn Cavidin 140 illik yubileyi qeyd edilib

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında şair, dramaturq Hüseyn Cavidin 140 illik yubileyi qeyd edilib

Tədbiri giriş sözü ilə açan ali təhsil ocağının Elmi Kitabxanasının direktoru Fariz Əhmədov Hüseyn Cavidin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı keçirilən tədbirin əhəmiyyətindən danışaraq, şairin keçdiyi əzablı yol, yaradıcılığı dövründə qarşılaşdığı çətinliklər barədə tədbir iştirakçılarını məlumatlandırıb.

       AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov çıxışında Hüseyn Cavidin Azərbaycan romantizminin inkişafındakı əvəzsiz rolundan, əsərlərindəki obrazların xalqımıza aşıladığı mübarizlik ruhundan və I dünya müharibəsi dövründə yazdığı əsərlər barədə danışıb. Şairin yazdığı “Azər” poemasının avtobioqrafiq səciyyə daşıdığı diqqətə çatdırılıb.

        “Qeyrət” nəşriyyatının direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Əli Həşimli şairin irsinin  öyrənilməsinin və gələcək nəsillələrə çatdırılmasının önəmini vurğulayıb. Əli Həşimli Hüseyn Cavidin klassik düşüncəsinin inkişafında Sidqi məktəbinin rolundan söz açaraq həmçinin, şairin Azərbaycan dramaturgiyasına bəxş etdiyi əsərlərdən danışıb. Şairin M.S.Ordubadi yaradıcılıqları ilə bənzər nüanslar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

       Sonda Hüseyn Cavidin “Azər” poemasından bəzi parçalar bədii qiraəti edilib.

Leave a Reply

Your email address will not be published.