Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar sərgi təşkil olunub

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar sərgi təşkil olunub

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev ali təhsil ocağının Elmi Kitabxanasında təşkil olunan sərgidə çıxış edərək ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar keçirilən sərgini professor-müəllim heyətinin elmi potensialının üzə çıxarılması və tələbələrin mütaliə bacarığının qiymətləndirilməsi üçün mühüm amil olaraq dəyərləndirib. Qeyd olunub ki, sərgi il boyu nümayiş olunmalı, bu istiqamətdə ədəbiyyatlardan müəllim və tələbələr faydalanmalıdırlar.

Sonra sərgiyə baxış olub. Vurğulanıb ki, 200-ə yaxın kitab, jurnal, konfrans materialının nümayiş olunduğu sərgidə həmçinin, miniatür kitablar da yer alıb. Sərgidə eyni zamanda rus, ingilis, ərəb, fars dillərində də ədəbiyyatlar öz əksini tapıb.

Universitetin professor-müəllim heyətinin, tələbələrinin də elmi məqalələrinin yer aldığı sərgidə 100-dən çox qəzet məqaləsi, 50-dən çox jurnalda nəşr olunan 300-dən artıq elmi məqalə, dissertasiya işi  nümayiş olunub. Diqqətə çatdırılıb ki, publisistik məqalələrin əksəriyyəti “Şərq qapısı” “Nuh yurdu” Oğuz yurdu”, “Yeni fikir” qəzetlərində çap olunub.

Rektor müəllimlərə elmi və publisistik istiqamətdə araşdırmaların davamlı olmasını tövsiyyə edib, sərginin say etibarilə daha da artırılması barədə təkliflərini çatdırıb.

Leave a Reply

Your email address will not be published.