Naxçıvan Dövlət Universitetinin “Energetika mühəndisliyi” ixtisasında təhsil alan tələbələr İtaliyada təcrübədə olublar

Naxçıvan Dövlət Universitetinin “Energetika mühəndisliyi” ixtisasında təhsil alan tələbələr İtaliyada təcrübədə olublar

“Ali və orta ixtisas müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” imzalanan müvafiq sərəncama əsasən universitetin “Memarlıq və Mühəndislik” fakültəsinin “Energetika mühəndisliyi” ixtisası Naxçıvan Dövlət Energetika Xidmətinin hamiliyinə verilib. Qarşıya qoyulan tapşırıqların icarsı ilə bağlı hamiliyə verilən ixtisasın tələbələrinin  təyin olunan proqram çərçivəsində enerji istehsalı prosesləri, yeni texnologiyaların tətbiqi, alternativ və bərpaolunan enerji sahəsində inkişaf etmiş ölkələrin təcrübəsinin öyrənilməsi, praktiki biliklərin artırılması üçün xarici dövlətlərin təcrübələrindən istifadə edilməsi həyata keçirilir.

Görülən işlərin davamı olara bu məqsədlə Naxçıvan Dövlət Energetika Xidmətindən 3 nəfər mühəndis və universitetin  Elektroenergetika kafedrasında təhsil alan 6 tələbə və müəllim heyətinin İtaliya Respublikasına səfəri təşkil edilib. İtaliyadan təyin edilən heyətin başçılığı ilə əvvəlcədən planlaşdırılan proqrama uyğun olaraq  səfərin ilk günü Florensa şəhəri ilə tanışlıq olub. Şəhərin tarixi yerləri, meydanları,  abidələri ilə birlikdə Florensiyanın incəsənət əsərlərindən ibarət olan məhşur incəsənət muzeyinə baxış olub. Burada tələbələr Donatello, Mikelancelo, Leonardo do Vinçi, Sandro Botçelli kimi dünyaca görkəmli rəssamların əsərləri ilə tanış olublar.

Səfərin növbəti günündə tələbələr Florensiya şəhərində yerləşən Fimer şirkətinin təlim mərkəzində olaraq yeni texnalogiyalardan biri olan invertorlar haqqında mühazirə dinləyiblər. Mühazirədə invertorların quruluşu, iş prinsipi, daxilində gedən enerji dəyişmələri, tətbiq sahələri və digər vacib məlumatlar diqqətə çatdırılıb. Qarşılıqlı sual-cavab əsasında təşkil edilən mühazirədə tələbələrin sualları ətrafli şəkildə cavablandırılıb. Sonra həmin şirkətin ərazisində yerləşən Günəş Elektrik Stansiyasına baxış zamanı tələbələr ərazidə quraşdırılan invertorlarla, günəş panelləri və yarımstansiyalarla tanış olublar.

Səfərin üçüncü günündə Roma şəhərindən dəvət olunmuş professor tərəfindən Günəş və külək enerji qurğularının iş prinsipi, quruluşu, quraşdırılması, onlar arasındakı məsafələr, panellərin günəşə nəzərən istiqamətləri, külək enerji qurğularının küləyin istiqamətindən və sürətindən asılı olaraq yerləşdirilməsi və digər məlumatlar təlim mərkəzində olan heyətə çatdırılıb. Sonra tələbələr həmin şirkətə məxsus olan invertor istehsal edən müəsisədə təcrübədə olan zaman invertorlarin necə istehsal edildiyinin, onların hissələrinin necə quraşdırılaraq sonda hazır hala gəlməyinin əyani şahidi olublar.

Tələbələr üçün mühüm təcrübə olan səfərin son iki günündə Romada olan heyət burada İtaliyanin tarixini əks etdirən şəhərin tarixi abidələri, mərkəzi meydanları, incəsənət muzeyləri ilə tanış olublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.