Naxçıvan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsində 2022-ci ildə yerinə yetirilmiş elmi-tədqiqat işləri ilə bağlı hesabat konfransı keçirilib

Naxçıvan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsində 2022-ci ildə yerinə yetirilmiş elmi-tədqiqat işləri ilə bağlı hesabat konfransı keçirilib

Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev elmi-tədqiqat işlərinin universitetin inkişafında və tanıdılmasında əhmiyyətini diqqətə çatdırıb. Qeyd edilib ki, funksionallığı artırmaq üçün komandalar şəklində tədqiqatlar aparılmalı, buraya magistr və doktrantlar da cəlb olunmalıdır. Elmi-tədqiqat işlərinin yerinə yetirilməsinin mahiyyətini qeyd edən rektor, bu işlərə xüsusilə gənc müəllimlərin cəlb olunmasının onların gələcəkdəki elmi fəaliyyətlərində faydalı olacağını bildirib.

          Kafedraların elmi tədqiqat istiqamətləri barədə məlumat verən fakültə dekanı, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məftun İsmayılov  fakültənin elmi potensialı və elmi təşkilat strukturundan danışıb. Fizika-riyaziyyat fakültəsinin tədqiqat istiqamətləri haqqında danışan dekan, müəyyənləşdirilən nəticələri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirilib ki, seçilən mövzular əvvəlki ilin mövzularına nisbətən daha aktual və yenilik baxımdan daha məqsədəuyğundur.

          Ümumi riyaziyyat kafedrasının müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Abdulla Həsənov çıxışında elmi-tədqiqat işlərinin dörd istiqamət üzrə komplektləşdirildiyini və bütün kafedra müəllimlərinin aparılan tədqiqat işlərində fəal iştirak etdiyini vurğulayıb, elmi-tədqiqat işlərinin tədbiq sahələri, hansı sahələr üçün faydalı olacağı barədə məlumat verib.

          Ümumi və nəzəri fizika kafedrasının müdiri, fizika üzrə fəlsəfə doktoru Billurə Hacıyeva bu il kafedranın professor-müəllim heyətinin yerinə yetirdiyi elmi-tədqiqat işi barədə məlumat verib. Bildirilib ki, üç elmi istiqamət üzrə dörd elmi tədqiqat işi həyata keçirilib. Yarımkeçiricilər fizikası, nəzəri fizika və  fizikanın tədrisi metodikası istiqamətində əməkdaşların fəaliyyət göstərdiyi vurğulanıb. Billurə Hacıyeva Elmi-tədqiqat işlərinə dair respublika üzrə 17, xaricdə isə 3 məqalənin dərc olunduğunu diqqətə çatdırıb.

          İnformatika kafedrasında yerinə yetirilən elmi-tədqiqat işləri barədə danışan Könül Məmmədova fakültənin elmi potensialı və elmi göstəricilərini diqqətə çatdırıb. Qeyd edilib ki, Fizika-riyaziyyat fakültəsi iki istiqamətdə fəaliyyət göstərməkdədir. Bunlar informatikanın tədrisi metodikası və informasiya kommunikasiya texnologiyalarının gənclərin tədrisinə tətbiqidir.

Konfrans növbəti mərhələdə bölmə hesabatlarının dinlənilməsi ilə davam etdirilib.

Leave a Reply

Your email address will not be published.