
Naxçıvan Dövlət Universitetinin Fizika-Riyaziyyat fakültəsində 2023-cü ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinə həsr olunmuş elmi konfrans keçirilib
Fakültənin dekanı, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məftun İsmayılov konfransı açıq elan edib.
Universitetin Elm və innovasiyalar bölməsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elnarə Allahverdiyeva elmi-tədqiqat işlərinə verilən tələbləri nəzərə alaraq bunun universitetin elmi potensialı üçün olduqca əhəmiyyətli və əsas göstəricilərdən biri olduğunu diqqətə çatdırıb.
Sonra Ümumi riyaziyyat “kafedrasının müdiri riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Abdulla Həsənov, “Ümumi və nəzəri fizika” kafedrasının müdiri, fizika üzrə fəlsəfə doktoru Billurə Hacıyeva və İnformatika kafedrasının müdir əvəzi Könül Məmmədovanın çıxışları dinlənilib.
Daha sonra konfrans 3 bölmə üzrə öz işini davam etdirib.