Naxçıvan Dövlət Universitetinin fransız dili müəllimləri  Fransız şəhərciyi ixtisasartırma təlimində iştirak ediblər

Naxçıvan Dövlət Universitetinin fransız dili müəllimləri  Fransız şəhərciyi ixtisasartırma təlimində iştirak ediblər

Naxçıvan Dövlət Universitetinin  Xarici dillər fakültəsinin “Roman-german dilləri” kafedrasının baş müəllimi Əzizə Əliyeva  və həmin kafedranın müəllimi Hidayət Əkbərov İsmayıllı rayonunda Fransız şəhərciyi adlı ixtisasartırma təlimində çıxış ediblər.

Fransanın Azərbaycandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Fransız İnstitutunun Azərbaycanın məktəb, lisey və universitetlərdə fəaliyyət göstərən 75 nəfər fransız dili müəllimləri üçün təşkil edilən təlimdə Azərbaycan universitetlərindən Naxçıvan Dövlət Universiteti, Bakı Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Pedaqoji Universitet, Azərbaycan-Fransız Universiteti (UFAZ), Dillər Universiteti, Slavyan Universiteti və digər tədris sektorlarından, Slavyan Liseyindən müəllimlər iştirak ediblər. Bezanson Universitetinin Tətbiqi Dilçilik Mərkəzinin Fransız dili Xarici dil üzrə ekspertləri xanım Od Dübüisson və xanım Frederik Melkor,  Fransız dili müəllimi xanım Kati Revel, cənab Benua Filu və Azərbaycan Fransız İnstutunun icraçı direktoru Hakan Conathan Ünlü təlimçi heyətin üzvləri sırasında olub.

Nəzəri biliklərlə  yanaşı,  praktiki məşğələlərin də həyata keçirildiyi təlimdə fransız dilinin tədrisini yaxşılaşdırmaq məqsədilə  müxtəlif innovativ metodlar haqqında məlumat verilib.

Fransanın Azərbaycandakı səfiri cənab Zakari Qros təlim iştirakçılarının Fransız dilinin tədrisi ilə bağlı suallarını cavablandırıb. Təlimin sonunda iştirakçılara sertifikat təqdim olunub.

Qeyd edək ki, II dəfədir təşkil olunan təlim ilk dəfə olaraq bu ilin 31 yanvar 4 fevral 2022-ci il tarixlərində baş tutub. Müxtəlif universitetlərdən seçilmiş 15 nəfər Fransız dili  müəllimləri üçün Od Dübüisson tərəfindən onlayn şəkildə həyata keçirilən təlimə Naxçıvan Dövlət Universitetinin müəllimləri Əzizə Əliyeva  və  Hidayət Əkbərov da qatılıb.

Leave a Reply

Your email address will not be published.