Naxçıvan Dövlət Universitetinin həkim-rezidentləri növbəti dəfə stajkeçmə kursları üçün Türkiyəyə yola düşüblər

Naxçıvan Dövlət Universitetinin həkim-rezidentləri növbəti dəfə stajkeçmə kursları üçün Türkiyəyə yola düşüblər

Ali təhsil müəssisəsinin III kurs Endodontiya ixtisası üzrə həkim-rezidenti Səmayə Əsgərli və Tibbi mikrobiologiya ixtisası üzrə II kurs həkim-rezidenti Zərifə Xəlilova stajkeçmə kursları üçün qardaş ölkə Türkiyəyə yollanıblar.

          Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bu münasibətlə həkim-rezidentlərlə görüş keçirərək tövsiyyələrini çatdırıb, onlara uğurlar arzulayıb.

          Qeyd edək ki, 6 ay müddətinə Türkiyənin Qazi Universitetinə stajkeçmə kursuna yollanan həkim-rezidentlərdən Zərifə Xəlilova NDU-nun Beynəlxalq Məktəbində 1 semestr, Səmayə Əsgərli isə NDU-nun Tibb fakültəsinin Stomatologiya kafedrasında 2 il müddətində saat hesabı dərs tədris ediblər.

Leave a Reply

Your email address will not be published.