Naxçıvan Dövlət Universitetinin İngilis dilli müəllimləri  Beynəlxalq TEFL Təlim İnstitutunun sertifikatını əldə ediblər

Naxçıvan Dövlət Universitetinin İngilis dilli müəllimləri  Beynəlxalq TEFL Təlim İnstitutunun sertifikatını əldə ediblər

Ali təhsil ocağının Xarici dillər fakültəsində  İngilis dilli müəllimlər üçün təşkil edilən beynəlxalq müəllimlik sertifikasiya kursu uğurla başa çatıb. Kursun sonunda müəllimlər beynəlxalq sertifikat əldə ediblər. Sertifikatları təqdim etmək üçün  Beynəlxalq TEFL Təlim İnstitutunun Azərbaycan üzrə ölkə meneceri Afar İbrahimov Naxçıvan Dövlət Universitetində olub.

Xarici dillər fakültəsində keçirilən görüşdə universitetin rektoru Elbrus İsayev çıxış edərək bu cür təlimlərin ali təhsil ocağında ingilis dili üzrə bacarıqların möhkəmlənməsinə verəcəyi töhvələri diqqətə çatdırıb.

Qeyd edək ki, 3 gün davam edən təlimi Beynəlxalq TEFL Təlim İnstitutunun Azərbaycan üzrə ölkə meneceri Afar İbrahimov keçib. Həmçinin təlim ərzində ABŞ-nın TEFL Təlim İnstitutunun akademik direktoru, professor Gisela Kornejanın onlayn təlimi dinlənilib. Təlimdə qrammatikanın kommunativ şəkildə tədrisi, oxu bacarıqları, tələbələrin buraxdığı səhvlər üzərində iş aparılıb. Eyni zamanda təlimdə dərsliklərdən necə istifadə etməli, sinfin necə idarə olunması məsələləri iştirakçıların diqqətinə çatdırılıb. Məlumat üçün onu da bildirək ki, koordinatoru İngilis dili və tərcümə kafedrasının baş müəllimi Aidə Cəlilzadə olan təlimdə universitetin ingilis dili müəllimləri başda olmaqla qeyri-ixtisaslar

Leave a Reply

Your email address will not be published.