Naxçıvan Dövlət Universitetinin “Jurnalistika” ixtisası üzrə III kurs tələbəsi İlahə Allahverdiyeva yazı müsabiqəsində fərqləndirici yerə layiq görülüb
Naxçıvan Dövlət Universiteti “Jurnalistika” ixtisası üzrə III kurs tələbəsi İlahə Allahverdiyeva Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən tərəfindən ənənəvi olaraq hər il keçirilən “Hüquqlar hamı üçün!” jurnalist yazı müsabiqəsində fərqləndirici yerə layiq görülüb. İlahə Allahverdiyeva 10 Dekabr – Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş müsabiqəyə “Postmüharibə dövrundə insan hüquqları ” adlı yazı ilə qatılıb. Müsabiqədə fərqləndirici yerə layiq görülən tələbəyə diplom və hədiyyə təqdim edilib.