Naxçıvan Dövlət Universitetinin Kimya-Biologiya təmayüllü liseyinə qəbul imtahanı keçirilib

Naxçıvan Dövlət Universitetinin Kimya-Biologiya təmayüllü liseyinə qəbul imtahanı keçirilib

Naxçıvan DövlətUniversitetinin Beynəlxalq münasibətlə və hüquq fakültəsində  keçirilən imtahanda ümumtəhsil müəssisələrinin 7-ci sinfini bitirən 406 şagird iştirak edib. 15 sinifdə aparılan qəbul imtahanı 58 müəllimin nəzarəti altında keçirilib.

          3 saat davam edən imtahanda şagirdlərə Azərbaycan dili 15, Riyaziyyat 15, İngilis dili 30, Kimya 10, Biologiya 10, Fizika 10, Tarix və Coğrafiya fənlərindən isə hər biri 5 sual olmaqla ümumilikdə 100 sual təqdim olunub.

          Nəzərinizə çatdıraq ki, qəbul imtahanlarında ən yüksək nəticə göstərən 30 qız və 30 oğlan olmaqla 60 şagird liseydə təhsil almaq şansı əldə edəcək.

          Məlumat üçün onu da bildirək ki, imtahan nəticələri 3 iş günü ərzində açıqlanacaq.

Leave a Reply

Your email address will not be published.